Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 13:30

Azərbaycandakı Qazaxıstan vətəndaşları bu ölkənin Bakıdakı səfirliyində səs verirlər


Qazaxıstanda seçki məntəqəsi, 9 iyun, 2019

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb

Bu gün, iyunun 9-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılıb.

AZƏRTAC-ın xəbərinə görə, Bakı vaxtı ilə saat 07:00-da fəaliyyətə başlayan 262 saylı seçki məntəqəsində Azərbaycanda yaşayan, həmçinin müxtəlif səbəblərə görə müvəqqəti bu ölkədə olan Qazaxıstan vətəndaşları səs verirlər. Səhər saatlarında səsvermədə səfir Beybit İsabayev, Qazaxıstanın diplomatik korpusunun üzvləri, sıravi vətəndaşlar iştirak ediblər.

Məntəqə saat 20:00-dək açıq olacaq.

Günorta saatlarına olan məlumata görə, seçicilərin 50 faizindən çoxu səsvermədə iştirak etmişdi.

Xatırlatma

30 ilə yaxın Qazaxıstana rəhbərlik edən78 yaşlı Nursultan Nazarbayev bu ilin martında istefaya getsə də ölkədə böyük nüfuza malik olan Təhlükəsizlik Şurasının sədri kimi qalıb. Bundan başqa o ömürlük "millətin atası" hesab olunur.

N. Nazarbayevin hakim "Nur otan" partiyası müvəqqəti prezident və parlamentin yuxarı palatasının keçmiş sədri Qasym-Zhomart Toqaev-in prezidentliyə namizədliyini irəli sürüb.O seçkinin favoriti hesab olunur. Ümumilikdə prezidentlik uğrunda 7 namizəd mübarizə aparır.

Nazarbayevin qızı Dariqa Nazarbayeva isə atasının istefasından dərhal sonra parlamentin sədri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG