Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:42

Zelenskiy Moskvanı separatçıların 'ipini çəkməyə' çağırır


Volodymyr Zelenskiy Luqanskda, 27 may, 2019-cu il
Volodymyr Zelenskiy Luqanskda, 27 may, 2019-cu il

Ukraynanın şərqində baş vermis silahlı toqquşmalarda iki Ukrayna əsgərinin ölməsindən sonra prezident Volodymyr Zelenskiy Moskvanı separatçıların “ipini çəkməyə” çağırıb.

Bu həftə ümiumilikdə Donbas regionunda 6 Ukrayna hərbçisi həlak olub.

Ukraynanın Müdafiə Nazirliyi iyunun 7-də bildirib ki, separatçıların pulemyotlardan, tank əleyhinə qumbaraatanlardan və toplardan atəş açması nəticəsində iki Ukrayna əsgəri həlak olub və daha 10 əsgər yaralanıb. Beləliklə atəşkəs son 24 saatda 23 dəfə pozulub.

Bununla əlaqədar bəyanat verən Zelenskiy deyib ki, Moskva öz “muzdlu əsgərlərinin ipini boş buraxıb”.

***

Ukrayna ölkənin şərqində rusiyapərəst separatçılarla toqquşmalarda iki əsgərinin öldürüldüyünü bildirir. Bu həftə münaqişə zonasında öldürülən ukraynalı əsgərlərin sayı 6-ya çatıb. Prezident Volodymyr Zelenskiy isə Moskvanı separatçıları “cilovlamağa” çağırıb.

Müdafiə Nazirliyi iyunun 7-də iki əsgərin öldürüldüyünü, 10-nun yaralandığını bildirib. Separatçılar son 24 saat ərzində pulemyotlardan, tank əleyhinə raketlərdən, minaatanlardan, snayper avtomatlarından, qumbara buraxıcılardan atəş açıblar.

Zelenskiy isə bəyanatında Rusiyanın “muzdlulara” nəzarəti zəiflətdiyini bildirib.

“Minsk atəşkəs razılaşmalarının kobudcasına pozulması – artilleriyadan istifadə – muzdlulara nəzarətin azından qismən itirildiyini göstərir. Rusiyanın bu bölmələrə nəzarəti ələ alacağına ümid edirik”, – o deyib.

“Ukrayna silahlı qüvvələrinə hücum atəşkəs danışıqlarını aşkar pozmaq cəhdidir. Hücum komandasını kimin verməsindən asılı olmayaraq, Ukrayna silahlı qüvvələri duruma sərt reaksiya verəcək”, – Zelenskiy vurğulayıb.

2014-cü ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 13 minədək adam öldürülüb. Minsk razılaşmaları çərçivəsində atəşkəs sazişlərinə tam əməl olunmayıb.

Martın 8-də yeni atəşkəs razılaşması əldə olunsa da, tərəflər bir-birini onu dəfələrlə pozmaqda ittiham edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG