Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:14

Yushchenko-ya korrupsiya ittihamlarının detalları açıqlanıb


Mezhyhirya iqamətgahı

Ukraynanın keçmiş prezidenti Viktor Yushchenko-nun vəkili ona irəli sürülmüş korrupsiya ittihamlarının bəzi detallarını açıqlayıb.

Yushchenko hakimiyyətdən sui-istifadə və dövlət mülkiyyətini mənimsəməkdə şübhəli bilinir. Təhqiqatçılar Kiyev yaxınlığında yaşayış kompleksinin qanunsuz özəlləşdirildiyini deyirlər. Mezhyhirya kompleksi Yushchenko-nun baş naziri və xələfi Viktor Yanukovych-in iqamətgahı olub.

Baş prokurorluğun sözçüsü Larysa Sarhan iyunun 6-da bildirib ki, 2005-2010-cu illərdə prezident olmuş Yushchenko 540 milyon qrivna (19,7 milyon dollar) dəyərində əmlakın qanunsuz özəlləşdirilməsinə kömək edib.

Yushchenko-nun vəkili Vitaliy Haum-un sözlərinə görə, keçmiş prezident iqamətgaha nəzarətin Nazirlər Kabinetinə verilməsi haqda sərəncam imzalamaqda suçlanır. Ukraynanın UNIAN xəbər agentliyinə görə, mülkiyyət qərargahı Donetskdə olan saxta şirkət tərəfindən özəlləşdirilib.

İyunun 6-da “Current Time” proqramına danışan Haum deyib ki, məsələni müzakirə etmək üçün gələn həftə Yanukovych-in vəkilləri ilə görüşəcək.

Kiyev yaxınlığında dəbdəbəli iqamətgah olan Mezhyhirya 2007-ci ildə özəlləşdirilib, o vaxtadək dövlət əmlakı olub. Onu 2010-cu il prezident postuna keçmiş Yanukovych-ə yaxın biznesmen özəlləşdirib.

Yanukovych 2014-cü ilin fevralında Avromaydan hadisələri zamanı ölkədən qalıb. O vaxtdan 350 hektarlıq Mezhyhirya ərazisi milli parka və muzeyə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG