Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:57

Pashinian qara geyimlilər və rəngli ‘baboçka’lardan danışdı


Nikol Pashinian
Nikol Pashinian

Ermənistanın Baş naziri Nikol Pashinian hüquq-mühafizə orqanlarına tapşırıb ki, zorakılıq təbliğ edənlərə məxməri deyil, dəmir əks-zərbə endirsinlər. Onun sözlərinə görə, bu qüvvələrin içində keçmiş korrupsiyalaşmış sistemə bağlı olanlar da var.

Pashinian qara geyimli adamlar barədə operativ məlumatlar əldə edildiyini də deyib. “Qara geyimli bu şəxsləri tapıb onların məsələsini həll etmək lazımdır, onlara rəngli ‘baboçka’ taxıb normal, sivil, qanuni həyata qaytarmaq lazımdır”, – o deyib.

Azadlıq meydanında müxalifətin etiraz aksiyası, 10 mart, 2018-ci il
Azadlıq meydanında müxalifətin etiraz aksiyası, 10 mart, 2018-ci il

“10 dəfə düşünməli olacaqlar”

Baş nazir Azadlıq meydanını hərəkət, xuliqan hərəkətlər zonasına çevirmək cəhdlərindən də danışıb, bunu ayrı-ayrı qanun pozuntuları deyil, koordinasiyalı fəaliyyət adlandırıb. Pashinian-ın fikrincə, məqsəd ölkədə anarxiyanın hökm sürməsi, hakimiyyətin zəifləməsi görüntüsü yaratmaqdır. Hökumətin iclasından öncə baş nazir bu mövzuda polis rəisi Valeriy Osipyan-la müzakirə aparıb.

“Ermənistanda zorakılığı təbliğ edən istənilən şəxsə sərt əks-zərbə endirilməlidir. Gələn dəfə ağızlarını açmazdan öncə onlar 10 dəfə düşünməli olacaqlar, əgər bundan sonra da oxşar hərəkətə yol versələr, 10 dəfə əks-zərbə alacaqlar və əks-zərbə məxməri deyil, dəmir olacaq”, – Pashinian vurğulayıb.

Bu məsələ üzrə Baş prokuror Artur Davtyana da təlimat verilib. O, prokurorluğun iki il öncə layihə hazırladığını deyib. Layihədə cinayət törətməyə çağırışları kriminallaşdırmaq nəzərdə tutulurdu. Ancaq parlament yalnız terrorçuluğa çağırışları kriminallaşdırdı.

Baş prokuror da Azadlıq meydanında maşınların qanunsuz hərəkətindən də danışıb. O, ilkin istintaq orqanlarından bu məsələlərə yeganə lokal hadisə kimi baxmamağı xahiş edib.

Pashinian köməkçisinə həmin layihəyə yönəlik işə başlamağı tapşırıb.

XS
SM
MD
LG