Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:03

Theresa May bu gün istefa verir


Theresa May

İyunun 7-də Britaniyanın Baş naziri Theresa May-in hakim Mühafizəkar Partiyası liderliyindən istefa verəcəyi gözlənir. Onun yerinə təyinat oluncaya qədər baş nazir vəzifəsini icra edəcək.

Hələlik, baş nazirliyə 11 deputat namizədliyini verib. İkimərhələli seçim prosesi iyunun 10-da başlanacaq.

62 yaşlı May istefasını Mühafizəkarlar Komitəsinə məktubunda təsdiqləyəcək.

O, Britaniyanın Avropa Birliyindən çıxmasından ötrü Breksit sazişini parlamentdən keçirə bilmədikdən sonra istefa verəcəyini deyib.

Mühafizəkarlardan 313 deputat iki həftə ərzində səsvermələrlə namizədlərin sayını 2-yə salmalıdır.

Bundan sonra partiyanın 125 min üzvü lideri seçəcək və o, baş nazir postuna keçəcək.

Keçmiş xarici işlər naziri, Breksit tərəfdarı Boris Johnson May-i əvəzləməyə ən iddialı namizəd sayılır.

Apreldə AB Britaniyaya qurumdan çıxmağa daha altı aylıq möhlət verib. Bu müddət oktyabrın 31-də bitir.

Günün bütün mövzuları

XS
SM
MD
LG