Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:46

İtkin düşən uşaq tapılıb


Polis

İyunun 4-də Sabunçu rayonunda itkin düşən üçyaşlı Zəhra Bağırzadəni Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının bu gün, iyunun 6 -da tapdıqları bildirilir.

Bu barədə «Report» agentliyi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, ailənin başçısı Rəsul Bağırzadə hadisə günü həyat yoldaşı ilə birlikdə Zəhranı evin böyük övladının yanında qoyaraq işə getdiklərini bildirib. Azyaşlının nəzarətsiz qalaraq evdən çıxıb itkin düşəndən sonra valideynlərinin bu barədə polisə məlumat verdikləri qeyd olunur.

İdarədən bildirildiyinə görə, uşaq tapılan zaman onun yanında olan bir şəxs saxlanaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib. Hadisənin təfərrüatı və Zəhranın hansı şəraitdə itkin düşdüyünü müəyyən etmək istiqamətində müvafiq istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyi açıqlanıb.

Saxlanan şəxsin olayla bağlı ifadəsi, hələlik, bəlli deyil.

Multimedia

XS
SM
MD
LG