Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

Rusiyadan nağd pul axını amerikalı investorun həbsilə ‘bağlıdır’


Aleksei Kudrin
Aleksei Kudrin

Rusiyadan xaricə on milyardlarla dollarlıq vəsait axını tanınmış amerikalı investorun həbsilə bağlı ola bilər. Bunu Rusiyanın keçmiş maliyyə naziri, Prezident Vladimir Putinə yaxın sayılan Aleksei Kudrin deyir.

İyunun 6-da Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Kudrin deyib ki, Michael Calvey-nin həbsi Rusiya iqtisadiyyatını sarsıdıb. Onun sözlərinə görə, investorun fevralda həbsindən sonra ölkədən nağd pul axınının həcmi iki dəfə artıb.

“Şübhəsiz ki, Calvey-nin həbsi şok idi. Bu ilin əvvəlindən Rusiyadan nağd pul axını iki dəfə artaraq 40 milyard dollar çatıb”, – hazırda Audit Palatasının sədri olan Kudrin deyib. Bu palata büdcə pulunun xərclənməsinə nəzarət edir.

Michael Calvey
Michael Calvey

Amerikalı diplomatlar forumu boykot ediblər

Moskvada mənzillənən Baring Vostok Capital Partners investisiya şirkətini 1994-cü ildə qurmuş Calvey-nin həbsi qərbli investorları çaşdırıb, Rusiya biznes liderləri və hökumət rəsmilərindən ən yüksək səviyyədə şikayətlərə səbəb olub. Onlar məhkəmələrin və prokurorların motivasiyaları barədə suallar qaldırıblar.

Bu arada Rusiyada biznes mühiti onsuz da təzyiq altındadır. Moskva 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən, Rusiyanın ABŞ-da seçkilərə müdaxilə iddiaları ortaya çıxandan sonra Birləşmiş Ştatlar, Yaponiya, Avropa Birliyi bu ölkəyə bir sıra sanksiyalar tətbiq edib.

Sankt Peterburq forumuna hazırlıq
Sankt Peterburq forumuna hazırlıq

Moskva məhkəməsi apreldə Calvey barəsində həbs qətimkan tədbirini ləğv edib, ev dustaqlığı seçib.

Calvey-nin həbsinə, onun barəsində təhqiqata etiraz olaraq ABŞ səfiri Jon Huntsman, Birləşmiş Ştatların Rusiyadakı digər diplomatları Sankt Peterburqdakı foruma qatılmayıblar.

Kudrin Rusiyada sayılıb-seçilən iqtisadçıdır, Putinin prezidentliyinin ilk iki dövründə maliyyə naziri kimi ölkənin maliyyə durumunun sabitləşdirilməsin, investor cəlbinə kömək edib. O, prezidentin ətrafındakı çoxsaylı keçmiş KGB zabitlərindən daha liberal sayılır.

Vaxtaşırı hökuməti tənqid edən bəyanatlar verməsinə baxmayaraq, Kudrin-in Putin-lə çox yaxın olduğu bildirilir.

1997-ci ildən bəri keçirilən Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunu 2006-cı ildən Rusiya prezident administrasiyası təşkil edir.

XS
SM
MD
LG