Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:51

Khomeini klanı kimi dəstəkləyir – Qərb mediası


Ali Khamenei Khomeini-nin ölümünün 30 illiyi mərasimində
Ali Khamenei Khomeini-nin ölümünün 30 illiyi mərasimində

Atlantik Şurasının saytında Arash Azizi İranın ilk ali dini lideri Ayətulla Ruhollah Khomeini-nin kölgəsinin bu gün də ölkədə qalmasından, indiki Ayətulla Ali Khamenei-nun bu kölgədən qurtula bilməməsindən yazır.

Üstəlik, iyunun 4-də ölümündən 30 il keçən Khomeini-nin adıyla bağlı klanın üzvləri islahatçı fraksiyanı dəstəkləyir.

Khomeini-nin oğlu Ahmed 1979-cu il islam inqilabının ilk illərində əsas rol oynayıb, atasının ömrünün son onilliyində onun əsas köməkçisi olub. Khomeini 1989-cu ildə dünyasını dəyişəndə Khamenei-nin yüksəlişində Ahmed-in rolu az olmaıb. O, 1990-cı ildə əhalini Khamenei-ni dəstəkləməyə çağırmışdı.

Ayətulla Khomeini
Ayətulla Khomeini

Ancaq Ahmed 1995-ci ildə dünyasını dəyişəndən Khamenei Khomeini nəslindən elə bir dəstək görməyib. Khomeini-nin nəticəsi, Ahmed-in oğlu Hassan Tehran yaxınlığındakı Khomeini mavzoley kompleksinə cavabdehdir. Onda sanki bir şah ədası var, üstəlik islahatçıları açıq şəkildə dəstəklədiyinə görə sərt xətt tərəfdarları ona nifrət edir.

Hassan 2016-cı ildə Ekspertlər Məclisinə namizədliyini verməyə buraxılmayıb. Onun qayınatasının namizədliyi, eləcə də Khomeini-nin iki nəvəsinin parlamentə namizədliyi önlənib.

Khomeini-nin siyasi baxımdan fəal qızı Zahra Mostafavi Tehran Universitetində islam fəlsəfəsindən dərs deyir. O, da Khamenei-ni siyasi baxımdan dəstəkləmir. 1997-ci ildə islahatçı Mohammad Khatami, 2009-cu ildə Yaşıl Hərəkatın lideri Mir Hossein Mousavi, 2013-cü ildə isə praqmatik prezident Hassan Rouhani-yə dəstək verib.

Rusiya, Çin və İran tələbələrinə ittiham

Rusiya, Çin və İran ABŞ-dakı tələbələrindən yüksək və hərbi texnologiyalar sahəsində məxfi informasiya yığmaqdan ötrü istifadə edirlər. Belə bir xəbərdarlıqla iyunun 5-də ABŞ-ın İmmiqrasiya və Gömrük Polisinin (ICE) yüksək çinli rəsmisi çıxış edib.

ABŞ-da tələbələr, arxiv fotosu
ABŞ-da tələbələr, arxiv fotosu

İdarənin milli təhlükəsizlik təhqiqatları şöbəsinin direktoru vəzifəsini icra edən Louis Rodi deyib ki, ABŞ bəzi tələbələrin və aspirantların fəaliyyəti ucbatından milli təhlükəsizliyə real təhdidlə üz-üzədir. O, senatın maliyyə komitəsində dinləmələrdə danışıb.

Rəsmi statistikaya görə, bu il mayın sonunda ABŞ-da Rusiyadan 6 min 196 tələbə təhsil alır. Onlardan 2008-i elm, texnologiya, mühəndislik elmi, riyaziyyat sahəsində oxuyur. Rodi amerikan nou-hausunu çinli tələbələrin oğurlamasına misallar gətirib, onların sayının rusiyalı və iranlı tələbələri bir neçə dəfə aşdığını söyləyib.

Rəsminin sözlərinə görə, Rusiya, Çin və İran ixracı məhdudlaşdırılmış, yaxud qadağan olunmuş texnologiyanı, hərbi və ikili təyinatlı məhsulları qanunsuz əldə etməyə çalışır. Onlar ABŞ-dan ixrac qayda və prosedurlarından yan keçməkdən ötrü çoxsaylı sxemlərdən istifadə edirlər.

Çindən ABŞ-da 357 mindən artıq, İrandan 11 mindən artıq tələbə təhsil alır. Rodi ABŞ-da ümumilikdə 1 milyondan çox əcnəbinin tələbə vizasıyla qaldığını bildirib.

Qərb ölkələri plastik butulkalarla neyləyəcək

Qərb ölkələri plastik tullantılarla getdikcə daha artıq məşğul olmalıdır, çünki Çin və cənub-şərqi Asiyanın bir çox ölkələri daha bu tullantıları arzulamır. Bu haqda “Frans Pres” agentliyi yazır.

İllüstrativ foto
İllüstrativ foto

Pekin 2018-ci ilin yanvarından bəzi ölkələrdən tullantıların qəbulunu dayandırıb. Asiyanın digər ölkələri də daha Çini əvəzləməkdən imtina edir.

“Problem ondadır ki, çox nəhəng kəmiyyətdən söhbət gedir”, – Brüsseldə mənzillənən Beynəlxalq Təkrar Emal Bürosuun rəhbəri Arnaud Brunet agentliyə deyib.

“Təəssüf ki, bəzi ölkələr dünyanın yeni zibilxanalarına çevriləcəklər, ən yoxsul ölkələr ödəniş əvəzində zibili qəbul edəcəklər, ancaq buna görə ətraf mühit və sosial bədəl ödəyəcəklər”, – EY konsaltinq qrupunun mütəxəssisi Vincent Aurez vurğulayıb.

Avropa ölkələri PET tərkibli şəffaf plastik butulkaları təkrar emal edir, ancaq “aşağı keyfiyyətli”, yaxud təkrar emalı mümkün olmayan plastik tullantıları xaricə göndərir.

Malayziya indiyədək təmiz, homogen plastikanı idxal edirdi, amma indi xəbərdarlıq edib k, yüzlərlə ton çirkli plastik tullantını dünyanın başqa yerlərinə göndərəcək.

Tailand da plastik tullantıların idxalını məhdudlaşdırıb, daha yüngül standartları olan İndoneziya və Türkiyə kimi ölkələrə yönəltdiyii bildirib.

Agentlik Qərb ölkələrinin emalı çox baha başa gələn plastik tullantılar probleminin həlli variantlarının çox olmadığını yazır.

XS
SM
MD
LG