Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 06:23

Sankt Peterburq iqtisadi forumu başlanır


Michael Calvey

İyunun 6-da Rusiyanın ikinci böyük şəhərində Sankt Peterburq Beynəlxalq İqtisadi Forumu başlanır. Forumda Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Xi Jinping iştirak edəcək.

ABŞ səfiri Jon Huntsman və Amerikanın digər rəsmiləri forumu boykot edirlər. Bunun bir səbəbi fevralda Rusiyada amerikalı investor Michael Calvey-nin saxlanmasıdır.

Birləşmiş Ştatların böyük korporasiyalarının rəhbərləri də tədbirə qatılmır.

1997-ci ildən bəri keçirilən forumu 2006-cı ildən Rusiya prezident administrasiyası təşkil edir.

Ölkənin ən böyük strateji investor tədbiri olan bu foruma ötən il 17 mindən çox iştirakçı qatılmışdı.

Builki forum Rusiya iqtisadiyyatında narahatedici göstəricilərlə eyni vaxta düşür. Ölkə iqtisadiyyatında artım yavaşıyıb. Çinlə münasibətlərin istiləşməsinin ucuz kapitala yol açacağına şübhələr var.

Günün bütün mövzuları

XS
SM
MD
LG