Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 07:31

ABŞ Sudandakı qanlı divantutmanı pisləyir


Sudan paytaxtı Xartum, 5 iyun, 2019-cu il

Birləşmiş Ştatlar Sudanın hərbi liderləri tərəfindən etirazçılara qanlı divantutmanı pisləyib, onları “zorakılıqdan çəkinməyə”, mülki keçid qrupuyla əlaqələri bərpa etməyə çağırıb.

“Birləşmiş Ştatlar Sudanda etirazçılara son hücumları pisləyir”, – Dövlət Departamentinin sözçüsü iyunun 5-də bəyanatında deyib.

Sözçünün deməsinə görə, ABŞ-ın aparıcı rəsmiləri regiondakı rəsmilərlə işləyir. Vaşinqton Afrika Birliyi, Misir və Səudiyyə Ərəbistanının bu yaxınlarda “zorakılıqdan çəkinmək”, dialoqu bərpa etməklə bağlı çağırışını da alqışlayıb.

Müxalifətə bağlı tibbi heyət təhlükəsizlik qüvvələrinin etirazçıların düşərgəsinə basqınından sonra azı 108 nəfərin öldürüldüyünü bildirib.

Hücumdan öncə hakim Keçid Hərbi Şurası ilə demokratiya fəalları ölkənin gələcəyinə dair bir neçə həftə danışıqlar aparıblar. Apreldə Prezident Omar al-Bashir devriləndən sonra Sudanda zorakılıq səngimək bilmir.

Şura iki ildən çox çəkməyəcək keçid dövründən sonra mülki idarəçilik quracağını vəd edir. Müxalifət liderləri isə bu müddətin çox uzun olduğunu deyir, mülki idarəçiliyi tez bərpa etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG