Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:55

Pashinian Putin-lə görüşəcək


Vladimir Putin (sağda) və Nikol Pashinian, arxiv fotosu

İyunun 6-da Ermənistanın Baş naziri Nikol Pashinian Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində Rusiya Prezidenti Vladimir Putin-lə görüşəcək.

“Prezident Putin Bolqarıstan prezidenti, Ermənistanın baş naziri, Slovakiyanın baş naziri və BMT-nin baş katibi ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcək”, – Putinin köməkçisi Yuriy Ushakov deyib.

İyunun 6-da Sankt Peterburqda beynəlxalq iqtisadi forum başlanır.

Forum 20 ildən artıqdır, 1997-ci ildən keçirilir. 2006-cı ildən Rusiya prezidenti də tədbirə qatılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG