Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:06

Infantino yenidən FIFA-nın rəhbəri seçilib


Gianni Infantino

Gianni Infantino dünya futbolunun aparıcı qurumu olan FIFA-nın təkrar prezidenti seçilib.

O, yeganə namizəd olduğundan FIFA-nın iyunun 5-də Parisdə keçirilən qurultayında səsverməsiz vəzifəyə təsdiqlənib.

49 yaşlı isveçrəli vəkil Infantino ilk dəfə bu posta 2016-cı ilin fevralında, Sepp Blatter-i əvəzləməyə seçilib.

İsveçrəli Blatter korrupsiya təhqiqatları ucbatından istefa verməli olub. Ona hazırda maliyyə pozuntuları ilə əlaqədar altı illik qadağa qoyulub.

Qurultaya müraciətində Infantino deyib ki, FIFA-nı “zəhərli və demək olar kriminal” keçmişindən özək dəyərlərinə qaytarıb.

İsveçrə Çempionlar Liqasının qurulmasının aparıcı qüvvəsi olub. Əvvəllər Avropa Çempion Klublar Kuboku adıyla tanınan bu yarışma qitənin əsas klubları arasında, bütün dünyada izlənən futbol turnirinə çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG