Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:39

Zakir Həsənov 'Şöhrət' ordeni aldı


Z.Həsənov

Prezidentin 5 iyun sərəncamı ilə müdafiə naziri Zakir Həsənov «Şöhrət» ordeni ilə təltif edilib. Sərəncamda onun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə bu ordenə layiq görüldüyü qeyd olunur.

Nazir ad günü ərəfəsində təltif olunub.

Zakir Həsənov 1959-cu il iyunun 6-da Astara rayonunda anadan olub.

Cəmşid Naxçıvanski adına İbtidai Hərbi Məktəbin və Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin məzunudur.

1980-85-ci illərdə Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.

1985-ci ildən 1993-cü ilədək Sibir Hərbi Dairəsində xidmətini davam etdirib.

1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.

1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib.

2003-cü ildə daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.

Müxtəlif illərdə «Sərhəddə fərqlənməyə görə», «Hərbi xidmətlərə görə», «Vətən uğrunda» medalları, «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib.

2013-cü ildən müdafiə naziridir, general-polkovnikdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG