Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Normandiya əməliyyatının ildönümüdür


Amerikalı əsgərlər, 6 iyun, 1944-cü il
Amerikalı əsgərlər, 6 iyun, 1944-cü il

İyunun 6-da dünya liderləri İngiltərənin cənubuna yığışaraq Normandiya əməliyyatının (D-Day) 75-ci ildönümünü qeyd edirlər. Tarixdə ən böyük desantçıxarma əməliyyatı 2-ci Dünya Müharibəsinin bitməsinə yardım edib.

Normandiya çıxarması (kodadı "Overlord əməliyyatı" və ya "Neptun əməliyyatı) 1944-cü il iyunun 6-da Britaniya vaxtı ilə saat 6:30-da ABŞ və Britaniya tərəfindən həyata keçirilib, alman hərbi qüvvələrinin Fransanın daxilinə çəkilməsi ilə nəticələnib.

8 iyun, 1944-cü il
8 iyun, 1944-cü il

Dünya liderləri bir araya gəlir

Portsmutda anım tədbirlərinə Britaniya Kraliçası Yelizaveta (Queen Elizabeth), Baş nazir Theresa May, ABŞ Prezidenti Donald Trump, veteranlar qatılacaq.

Fransa, Kanada, Avstraliya, Almaniya, daha 10 ölkənin liderlərinin iştirakı gözlənir.

“Normandiya sahillərindəki cəsarəti 2-ci Dünya Müharibəsində dönüş yaratmış şəxsləri anarkən onlara borcumuzu heç vaxt unurmayacağımıza and içəcəyik”, – May tədbirlərdən öncə bəyanatında demişdi.

Kanadalı əsgərlər, 6 iyun, 1944-cü il
Kanadalı əsgərlər, 6 iyun, 1944-cü il

1944-cü ildə 150 mindən artıq müttəfiq qüvvəsi Portsmutdan Normandiyaya hava, dəniz və quru hücumuna başlayıb. Sonucda Avropanın qərbi nasist rejimindən xilas olundu. Döyüşlər zamanı hər iki tərəfdən minlərlə adam həlak olub.

“75 il öncə cəsur amerikalı və britaniyalı vətənpərvərlər bu adadan tarixin ən vacib döyüşünə yollanıblar”, – Trump dünən – iyunun 4-də Londonda mətbuat konfransında deyib.

Anım zamanı bir saatlıq konsert, hava paradı da planlaşdırılır.

Bu gün axşam Normandiya əməliyyatının 300-dək, yaşı 90-dan artıq olan veteranı MV Boudicca adlı xüsusi gəmiylə Portsmutdan çıxacaq, İngiltərə kanalından keçərək 1944-cü il səyahətini yada salacaqlar. Onları Kral Donanmasının gəmiləri, müharibədən qalma Spitfire qırıcısı müşayiət edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG