Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 04:24

Praqa məhkəməsi Sarkisian-ın qardaşı oğlunu Ermənistana verir


Narek Sarkisian

Praqa bələdiyyə məhkəməsi Narek Sarkisian-ın ekstradisiyası barədə Ermənistanın xahişini təmin edib. Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian-ın qardaşı oğlu olan Narek dekabrın 6-da Praqada saxlanıb.

“O saxlanan zaman Franklin Gonsalez adlı Qvatemala vətəndaşının saxta pasportunu təqdim edib”, – Sarkisian Praqada saxlanan zaman Ermənistan polisinin mətbuat xidməti bildirirdi.

***Buna da bax: Serzh Sarkisian-ın qardaşı oğlu Praqada saxlanıb

Ermənistan 2018-ci ilin yayından Sarkisian-ın qardaşı oğlu barəsində beynəlxalq axtarış elan etmişdi. Onun barəsində qanunsuz silah, sursat və narkotik maddə saxlamaq və dövriyyəyə buraxmaq, bir sıra digər maddələr üzrə cinayət işi açılmışdı.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Narek Sarkisian 2013-cü ildə rəssam Martiros Sarian-ın varislərini aldadıb. İstintaq bildirir ki, Sarikisian varislərin birindən 280 min dollar dəyərində 14 şəkil alıb, 28 min dollar ödəməyi, qalan pula isə varislərlə kazino açıb işlətməyi vəd edib. Ancaq şəkillər Sarkisian-a veriləndən sonra o nə vədlərini yerinə yetirib, nə də şəkilləri qaytarıb.

Narek Sarkisian-ın evindən tapıldığı bildirilən silah və narkotik maddələr
Narek Sarkisian-ın evindən tapıldığı bildirilən silah və narkotik maddələr

İyulun 4-də Sarkisian-ın qeydiyyatda olduğu ünvanda axtarış aparılıb, Sarian-ın əsərləri tapılıb. Onlarla birlikdə 115 min dollar, 27 min avro, bahalı saatlar, xeyli qızıl pul və zinət əşyası aşkarlanıb. Polis mənzildə iki çamadan narkotik və silah da tapdığını bildirir. Beləliklə, Sarkisian-a qarşı qanunsuz silah və narkotik saxlama üzrə yeni cinayət işi açılıb.

***Buna da bax: Keçmiş prezident Sarkisianın qardaşı milyonlarını dövlətə qaytarır

Narek Sarkisian həmçinin adam oğurluğu və adam döyməkdə də ittiham olunur. Bundan sonra o, saxta pasportla ölkədən qaçıb.

Serzh Sarikisian 10 il Ermənistanın prezident postunda olub. 2018-ci ildə baş nazir vəzifəsinə keçincə isə ölkədə etirazlar başlayıb, o devrilib və müxalifət lideri Nikol Pashinian baş nazir təyin olunub.

Pashinian hakimiyyətə keçəndən sonra Sarkisian-ın bir sıra qohumları, əqidədaşları barəsində cinayət işləri açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG