Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 12:49

Sudanda 60 nəfər öldürülüb


Xartum, 4 iyun, 2019-cu il

Sudanda etirazçılara ikigünlük divantutma zamanı 60 nəfər həlak olub. Məlumatı iyunun 5-də Sudan Həkimlərinin Mərkəzi Komitəsi (CCSD) yayıb.

Qurum daha öncə 40 nəfərin öldürüldüyünü bildirirdi. İyunun 3-də paytaxt Xartumda ordunun qərargahı qarşısındakı oturaq aksiyaya əsgərlər və yarım-hərbi qüvvələr divan tutmağa başlayıb.

CCSD 300-dən çox adamın yaralandığını bildirir. Ancaq yaralıların dəqiq sayını müəyyənləşdirmək çətindir. Belə ki, Keçid Hərbi Şurası ölkənin bir çox yerlərində interneti kəsib.

Zorakılıqdan sonra şura müxalifətin əsas alyansı ilə bütün razılaşmaları dayandırıb.

Prezident Omar al-Bashir iki ay öncə devriləndən bəri ölkəni Keçid Hərbi Şurası idarə edir.

Ordu iyunun 4-də bildirib ki, doqquz ay ərzində seçki keçirilməlidir. Müxalifət planı dərhal rədd edib. Müxalifət deyir ki, ordunu hakimiyyətdən getməyə məcbur etməkdən ötrü vətəndaş itaətsizliyi kampaniyası davam etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG