Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

‘Media repressiyasının yeni formaları’ yaranıb


Serbiyada jurnalistlər məhkəmə binası qarşısında
Serbiyada jurnalistlər məhkəmə binası qarşısında

Hakimiyyətini möhkəmləndirmək istəyən liderlər müstəqil median sıxışdırmağın yeni yollarını tapırlar. Bu fenomen özünü həm demokratik, həm də avtoritar ölkələrdə göstərir. Bu xəbərdarlıqla Freedom House hüquq müdafiə təşkilatı çıxış edib.

Qurum iyunun 5-də “Azadlıq və Media 2019” adlı yeni hesabatını yayıb. Hesabatda deyilir ki, bəzi kövrək demokratiyalarda antidemokratik liderlər müstəqil jurnalistləri susdurmaq, özlərinə yaxın median dəstəkləməkdən ötrü bir sıra maliyyə və hüquqi alətlərdən istifadə edirlər.

“Son bir neçə ildə kövrək demokratiyalarda qeyri-liberal liderlər mətbuata nəzarət və öz tərəfinə çəkməkdən ötrü yeni alətlərə əl atır, hakimiyyətdə qalmalarını təmin etməyə çalışır”, – Vaşinqtonda mənzillənən qurum bildirib.

Viktor Orban
Viktor Orban

Macarıstan, Serbiya misalı

Məsələn, Macarıstanda Baş nazir Viktor Orban-ın hakim Fidesz partiyası “media üzərində nəzarəti möhkəmləndirib, hökumətin mesajları ilə dezinformasiyanın bir-birini gücləndirdiyi paralel reallıq yaradıb”, – hesabatda deyilir.

Serbiyada Prezident Aleksandar Vucic və müttəfiqləri Orbanın yoluyla gedir, onlar da mediaya nəzarəti ələ almağa çalışır, amma hələlik, jurnalistlərin gündəlik işində qorxu ab-havası hökm sürür.

Yeni alətlərə isə ənənəvi senzura, fiziki hücumlar və təhdid deyil, qarayaxma, siyasətçilər, müxtəlif onlayn hesablardan, hökumətə yaxın qəzetlər tərəfindən şifahi qısnama daxildir.

Serbiya hökuməti media orqanlarına qarşı vergi hakimiyyətindən də istifadə edir, hesabatda vurğulanır.

Aleksandar Vucic Serbiya parlamentində
Aleksandar Vucic Serbiya parlamentində

Bu ölkədə son özəlləşdirmə prosesi nəticəsində bir sıra media orqanları hakim Serbiya Proqressiv Partiyasına (SNS) yaxın adamlara verilib.

Freedom House-u son “Dünyada Azadlıq” hesabatında Macarıstan və Serbiya azad kateqoriyasından qismən azada düşüb.

Hesabatda avtokratik ölkələrin müstəqil mediaya təzyiqi davam etdirdiyi vurğulanır. “Onlar qorxurlar ki, media üzərində dominantlığın hər hansı formada pozulması rəsmi nöqsanları ifşa edər”, – sənəddə deyilir.

Sənə güvəndiyim dağlar...

Rusiya hakimiyyətinin ötən il Telegram mesajlaşma əlavəsini blokladığı vurğulanır.

Freedom House son illərin ən çox narahatlıq doğuran tendensiyası kimi Birləşmiş Ştatlarda mətbuat azadlığına qeyri-adi təzyiq yarandığını qeyd edir.

Donald J. Trump media qarşısında
Donald J. Trump media qarşısında

Freedom House əsasən ABŞ hökumətindən maliyyələşir, ötən il maliyyəsinin 88 faizi ABŞ federal qrantlarından əldə olunub.

“Birləşmiş Ştatlarda əhalinin yarıdan azı mediaya inandığını deyir; İtaliya və Britaniyada əhalinin üçdə biri, Türkiyə və Rusiyada isə dörddə biri belə düşünür”, – hesabatda vurğulanır.

Qurum ABŞ Prezidenti Donald Trump-ın defamasiya qanunlarını sərtləşdirmək, bəzi yayımçıların lisenziyasını ləğv etmək, media sahiblərinin digər biznes maraqlarına ziyan vurmaqla bağlı təhdidlər səsləndirdiyini qeyd edir.

İndi dünyadakı jurnalistlər təməl hüquqları pozularsa Vaşinqtonun onların köməyinə gələcəyinə daha az inanırlar, Freedom House bildirir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG