Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:50

Minlərlə adam Trump-ın səfərinə etiraz edir


Londonda Trump-a qarşı etiraz
Londonda Trump-a qarşı etiraz

ABŞ Prezidenti Donald Trump iyunun 4-də Britaniyanın Baş naziri Theresa May ilə görüşüb. Londonun mərkəzinə isə minlərlə nümayişçi yığışıb.

Rəsmi məlumata görə, Trump-ın May ilə görüşündə əsasən Çinlə münasibətlər müzakirə olunub. Vaşinqton müttəfiqləri arasında lobbiçilik edir ki, Çinin Huawei telekommunikasiya nəhəngini 5G şəbəkələrinin qurulmasından kənarlaşdırsınlar. Çin hökumətinin casusluq məqsədilə dataya çıxış edəcəyi sarıdan narahatlıq ifadə olunur.

Theresa May (solda) və Donald Trump
Theresa May (solda) və Donald Trump

Mayın 3-də Trump həyat yoldaşı Melania ilə Kraliça Yelizavetanın verdiyi nahara qatılıb.

Tərəflər qarşılıq münasibətlərə böyük önəm verdiklərini vurğulayıblar.

İctimai rəy sorğuları ABŞ prezidentinin britaniyalılar arasında populyar olmadığını göstərir. Polis iyunun 4-də Londonun mərkəzinə xeyli sayda adamın yığışacağını gözləyir.

Parlament meydanı üzərinə bez geyindirilmiş, Trump-ı xatırladan qaşqabaqlı uşaq təsvirli nəhəng hava şarı buraxılıb.

Britaniyaya çatmazdan öncə Trump tvitində London meri Sadiq Khan-ı “daşqəlbli luzer” adlandırıb. İndiyədək Trump ilə bir neçə dəfə dilləşmiş Khan isə hava şarının göyə qaldırılmasına icazə verib.

XS
SM
MD
LG