Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Rusiya Venesueladan hərbi heyəti çıxarmadığını deyir


Nicolas Maduro və həyat yoldaşı Cilia Flores Karakasda gənclərlə görüşdə, 2 may, 2019-cu il
Nicolas Maduro və həyat yoldaşı Cilia Flores Karakasda gənclərlə görüşdə, 2 may, 2019-cu il

İyunun 4-də Kreml ABŞ Prezidenti Donald Trump-ın bəyanatına zidd açıqlama verib, Venesueladakı hərbi heyət barədə ona rəsmi informasiya vermədiyini bildirib. Rusiya sosialist Prezident Nicolas Maduro hökumətilə “əməkdaşlığı” davam etdirir.

Londonda səfərdə olan Trump iyunun 3-də Twitter-də yazıb ki, Rusiya Venesueladakı “adamlarının çoxunu” çıxarıb, ancaq əlavə bilgi verməyib.

Kremlin sözçüsü Dmitry Peskov isə jurnalistlərə deyib ki, Rusiya bu məsələ ilə bağlı Trump ilə əlaqə saxlamayıb.

Dmitry Peskov
Dmitry Peskov

Peskov-un sözlərinə görə, Trump-ın informasiyasının Rusiya rəsmilərinin artıq təkzib etdiyi qəzetlərdən, yaxud başqa mənbələrdən qaynaqlandığı görünür.

Kremlin sözçüsü Rusiyanın hərbi müşavirlərinin hələ də Venesuelada işlədiyini, “bu prosesin plan üzrə getdiyini” bildirib.

Trump martda Rusiyanı Venesueladan “çıxmağa” çağırmışdı. Bu çağırış Moskva həmin ölkəyə 100 hərbçi yerləşdirəndən sonra səslənmişdi.

Yanvarda müxalifət lideri Juan Guaido özünü aralıq dövr prezidenti elan edib. Onu Birləşmiş Ştatlar daxil, 50-dən artıq ölkə dəstəkləyir. Rusiya və Çin isə Maduro-nun tərəfindədir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG