Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 11:18

Sudanda azı 9 nəfər öldürülüb


Sudan, 3 iyun, 2019-cu il

Sudanda təhlükəsizlik qüvvələri paytaxt Xartumda hərbi qərargah qarşısındakı oturaq aksiyaya atəş açıb, azı 9 nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Məlumatı ölkənin əsas müxalifət qrup iyunun 3-də yayıb.

“Oturaq aksiyanı dağıtmaq məqsədilə etirazçılara qarşı... qanlı qırğın törədilir. Əsl güllələrdən və aşırı gücdən istifadə olunur”, – Sudanın Peşəkarlar Assosiasiyası Twitter hesabında yazıb.

Xartumdakı ABŞ səfirliyi iyunun 3-də etirazçılara hücumları “dayandırmağa” çağırıb.

“Sudanın təhlükəsizlik qüvvələrini etirazçılara və digər dinc şəxslərə hücumları yanlışdır və dayandırılmalıdır”, – səfirlik Twitter-də yazıb.

Səfirlik məsuliyyətin Keçid Hərbi Şurasının üzərinə düşdüyünü bildirib. Prezident Omar al-Bashir apreldə devriləndən ölkəyə bu şura rəhbərlik edir.

Bashir bir neçə ay davan edən etirazlardan sonra devrilib. O vaxtdan ölkədə oturaq aksiyalar davam edir, etirazçılar yeni hərbi liderlərin Bashir rejimini davam etdirdiyini deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG