Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 01:02

'Cinema Baku'nun yerləşdiyi binaya rəy veriləcək


Bina

Nazirlər Kabineti «Salaam Cinema Baku» kinoteatrının yerləşdiyi bina ilə bağlı Azərbaycan Milli Elmilər Akademiyasına (AMEA) müraciət edib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, müraciət Süleyman Rüstəm küçəsi-10 saylı ünvanda yerləşən bu binanın tarixi abidələr siyahısına salınması ilə bağlı rəy verilməsi məqsədi güdür.

Bildirildiyinə görə, bu binanı artıq Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni aşkar olunan tarixi abidələr siyahısına salıb. Binanın qorunmasından ötrü də Nazirlər Kabinetinə müraciət edilib.

Xatırlatma

Süleyman Rüstəm-10 ünvanında yerləşən binanın 1913-cü ildə Skobelyevin təşəbbüsü ilə «Malakanların dua evi» kimi inşa edildiyi bildirilir. Hazırda binada «Salaam Cinema Baku» klubu fəaliyyət göstərir.

Mayın 5-də «Salaam Cinema Baku» adlı həvəskar kinoteatr birliyindən binanı boşaltmaq tələb edilib. Binaya sahibi və polislər gəlib. Amma klubun əməkdaşları binanı tərk etməyiblər, onun söküləcəyini iddia ediblər. Onlar vurğulayıblar ki, bu bina tarixi əhəmiyyət kəsb edir. «Salaam Cinema Baku» əməkdaşları üstəlik, məsələ ilə bağlı Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG