Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:10

38 dərəcə isti gözlənir


Günəş

İyunun 4-də Bakı və Abşeron yarımadasında günəşli hava gözlənir. Cənub-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın əksər rayonlarında da iyunun 4-də havanın yağmursuz keçəcəyi gözlənir. Lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 17-22, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG