Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Twitter Çinə görə üzr istədi


Tiananmen meydanı
Tiananmen meydanı

Twitter Çini tənqid edən hesabları bağladığına görə üzr istəyib. Hesablar Pekinin Tiananmen meydanında etirazçılara qanlı divantutmanın 30-cu ildönümündən bir neçə gün öncə bağlanıb.

Sosial şəbəkənin addımı ictimai qınaq, tənqid doğurub. ABŞ senatoru Marco Rubio tvitində Twitter-i “Çin senzoru”na çevrilməkdə suçlayıb.

Twitter iyunun 1-də üzr istəyərək bildirib ki, “bir sıra hesablar” platformada “manipulyasiya”nı önləməkdən ötrü bağlanıb.

Sosial şəbəkənin məlumatına görə, Çin hökuməti həmin hesablardan şikayət etməyib, yaxud onların bağlanmasını istəməyib.

“Çin hakimiyyəti bu hesablardan şikayət etməyib, bu, öz tərəfimizdən atılan rutin addım idi”, – şirkət bildirib.

Belə addımlar “ya müsbət nəticə verir, ya da biz səhv edirik”, – bəyanatda deyilir. Twitter “səhvlərin aradan qaldırılmasından ötrü işlədiklərini” vurğulayıb.

1989-cu ilin demokratik etirazlarının boğulması, yüzlərlə adamın ölümü ətrafında müzakirələr Çində tabu mövzu sayılır.

XS
SM
MD
LG