Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

İsveç Assange-ın saxlanmasına dair iddianı rədd edir


Julian Assange tərəfdarı
Julian Assange tərəfdarı

İsveç məhkəməsi WikiLeaks saytının təsisçisi Julian Assange-ın 2010-cu ildə irəli sürülmüş zorlama ittihamı üzrə saxlanmasına dair vəsatəti rədd edib.

İsveçin Upsala şəhərinin məhkəməsinə belə bir vəsatətlə İsveç prokurorları müraciət etmişdilər.

İsveç prokurorları Assange-ın Britaniyadan ekstradisiya olunmasını istəyirlər.

Lakin iyunun 3-də Upsala məhkəməsinin qəbul etdiyi qərar İsveçdə Assange-a qarşı iddialar üzrə ilkin təhqiqata xitam verilməsi anlamına gəlmir.

***

İyunun 3-də İsveçdə məhkəmədə WikiLeaks saytının qurucusu Julian Assange barədə qiyabi saxlanma məsələsi üzrə qərar verəcək.

Prokurorlar Uppsala şəhərindəki məhkəmə qarşısında vəsatət qaldıraraq hazırda Britaniyada həbsdə olan Assange barəsində 2010-cu il zorlama iddiası üzrə saxlanma qərarı çıxarılmasını istəyib. Assange özü iddiaları rədd edir.

Məhkəmə saxlama qərarı çıxararsa, prokurorlar Assange barəsində həbs orderi verərək onun İsveçə ekstradisiyasını istəməyi planlaşdırırlar.

47 yaşlı avstraliyalını Britaniya polisi apreldə saxlayıb. O, Londondakı Ekvador səfirliyində yeddi il qalmışdı.

Daha sonra zaminlik qaydalarına pozduğuna görə 50 həftəlik həbsə məhkum edilib.

İsveç zorlama iddiaları üzrə təhqiqatı mayda bərpa edib. Bu iş Assange Ekvador səfirliyinə sığınandan sonra, 2017-ci ildə bağlanmışdı.

Birləşmiş Ştatlar da Assange-nın ekstradisiyasımı istəyir, o, məxfi informasiyanı yaymaqda, ABŞ ordusunun keçmiş kəşfiyyat analitikinə məxfi informasiya əldə etməkdə yardımda ittiham olunur.

Mayın 30-da Britaniya məhkəməsi ABŞ-ın ekstradisiya xahişinə baxmağı təxirə salıb. Assange-nın çox xəstə olduğu bildirilib. Məhkəmə iyunun 12-nə təyin olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG