Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:17

'Tükənmişlik' xəstəlik sayılacaq


İllüstrativ foto
İllüstrativ foto

2020-ci ildən “tükənmişlik” sindromu qlobal səviyyədə xəstəlik kimi tanınacaq. Bu sindrom Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Beynəlxalq Xəstəliklər Təsnifatına salınıb.

ÜST tükənmişliyi “uğurlu idarə olunmayan xroniki iş yeri stresi” kimi təsnif edib.

Bu xəstəliyin simptomları bunlardır: enerjinin tükənmə hissi; zehni olaraq işindən getdikcə uzaqlaşma, yaxud işinə neqativ, sinik yanaşma hissi; peşəkar qabiliyyətin azalması.

ÜST bu simptomları yalnız iş mühitinə aid edir və onların həyatın digər situasiyalarına aid olunmadığını bildirir.

"Bu bizim həyatımızdır"

ÜST-nin sözçüsü “Frans Pres” agentliyinə deyib ki, tükənmişlik ilk dəfə olaraq rəsmi səhiyyə orqanı tərəfindən tibbi vəziyyət kimi təsnif olunur.

“Tükənmişlik sindromu” ifadəsini ilk dəfə 1974-cü ildə Almaniyada doğulmuş psixoloq Herbert Freudenberger işlədib.

Freudenberger bir neçə həmkarında müşahidə edəndən sonra bu fenomeni təhlil edib, daha sonra onu özü də yaşayıb.

Psixoloqun sözlərincə, tükənmişlik sindromu “enerji, güc və resurslardan aşırı tələblər qoyaraq əldən düşmək deməkdir”.

Bu ilin yanvarında Buzzfeed saytında 18-34 yaşlıların emosional və fiziki baxımdan tükənməsinin səbəbləri izah olunurdu. Müəllif Anne Helen Peterson ÜST-dən fərqli olaraq, bu sindromu iş yerindən kənar mühitlərə aid edirdi, tükənmişliyin “tətilə getməklə müalicə olunmadığını” yazırdı.

“Bu, təkcə stresi yüksək mühitlərdə çalışanlara aid deyil. Bu, müvəqqəti nasazlıq da deyil: Bu, minilliyin şərtidir. Bu bizim təməl temperamentimizdir. Fon musiqimizdir. Şeylər bu cür yerləşib. Bu bizim həyatımızdır”, – məqalədə deyilirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG