Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Elton John özü haqqında filmdən gey səhnələrin kəsilməsinə etiraz edir


Elton John
Elton John

Müğənni Elton John onun həyatı haqqında filmdən eynicinsli seks səhnələrinin kəsilib çıxarılmasına görə Rusiya prokatçısını kəskin tənqid edib.

72 yaşlı Elton John və Rocket Pictures studiyasının rejissorlarının mayın 31-də verilmiş bəyanatında deyilir:

“Biz Rocketman (Raket adam) filminin yerli qanunlara uyğun dəyişdirilməsinə və senzura edilməsinə ən sərt bir şəkildə etiraz edirik”.

Bəyanatda deyilir ki, bu filmin çəkilişini maliyyələşdirmiş Paramount Pictures studiyası müğənninin həyatının olduğu kimi verilməsində cəsarətli partnyor olub.

Bu da qeyd edilir ki, müəyyən səhnələrin filmdən kəsilib çıxarılması auditoriyanı filmi nəzərdə tutulduğu şəkildə görməkdən məhrum edib:

“Bu, bizim yaşadığımız parçalanmış dünyanın və iki adam arasında sevginin belə qəddarlıqla qəbul edilməməsinin inikasıdır”.

Filmin Rusiya prokatçısı bu bəyanatla bağlı açıqlama verməyib, lakin Rusiyada 2013-cü ildə qəbul edilmiş qanun “qeyri-ənənəvi cinsi münasibətlərin” azyaşlılara təbliğini qadağan edir.

RIA Novosti mədəniyyət naziri Vladimir Medinsky-yə istinadən bildirib ki, hökumət heç bir şəkildə bu filmin prokatına müdaxilə etməyib və bütün qərarlar prokatçının özü tərəfindən qəbul olunub.

Elton John haqda filmdən gey səhnələri kəsilib

Britaniyalı rok-ulduz Elton John-un həyatından söz açan “Rocketman” bioqrafik filminin Rusiyada yayımı zamanı eynicinsli intim səhnələr çıxarılıb.

Filmi mayın 30-da Moskvadakı “Oktyabr” kinoteatrında Dojd TV-nin jurnalisti Mikhail Kozyrev və kinotənqidçi Anton Dolin təqdim ediblər. Onların deməsinə görə, narkotik, geylərin intim əlaqəsi və kişilərin öpüşməsi səhnələri filmdən kəsilib.

Elton John-un Tbilisidə konserti, 2018-ci il
Elton John-un Tbilisidə konserti, 2018-ci il

“Paramount Pictures”-in rejissordan tələbi

Bu ayın əvvəlində Kannda orijinal versiyanı görmüş tənqidçi Yegor Moskvitin də deyir ki, gey səhnələri və titrlərdə Elton John-un “həqiqi sevgisi” barədə bəyanat Rusiyadakı versiyadan çıxarılıb.

Martda “Daily Mail” qəzeti yazırdı ki, “Paramount Pictures” filmi PG-13 kateqoriyasında saxlamaqdan ötrü rejissorun eynicinsli cinsi əlaqənin göstərildiyi 40 saniyəni filmdən çıxarmasını istəyib. PG-13 kateqoriyası 13 yaşınadək uşaqların valideynlərinin müşayiəti ilə filmi izləməsinə icazə verir.

Ötən ay “Avengers. Endgame” adlı başqa bir Hollivud filmi də Rusiyada yüngülcə dəyişdirilib. Rusca tərcümədə obrazların birinin gey olduğunu gizlətməkdən ötrü dialoq başqa cür təqdim olunub.

Rusiyanın 2013-cü ildə qəbul etdiyi qanun “qeyri-ənənəvi cinsi əlaqələrin təbliğatının” azyaşlılar arasında yayılması qadağan olunur.

Bu qanun yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidinə səbəb olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG