Keçid linkləri

Təcili xəbərlər
2019, 24 Avqust, şənbə, Bakı vaxtı 06:43

Papa Rumıniyaya gedib


Papa Francis, Klaus Iohannis və həyat yoldaşı Carmen ilə

Papa Francis Rumıniyaya üçgünlük səfərə gedib. Papa Şərqi Avropada pravoslav xristianlarla katoliklər arasında əlaqələri gücləndirməyə çalışır.

Bu ayın əvvəlində Bolqarıstan və Şimali Makedoniyaya səfər etmiş Papa mayın 31-də Rumıniyaya çatıb.

Onu Buxarest aeroportunda Prezident Klaus Iohannis qarşılayıb. Papa baş nazir Viorica Dancila ilə görüşəcək, televiziya ilə xalqa müraciət edəcək.

Rəsmi statistikaya görə, Rumıniyanın 20 milyonluq əhalisinin 5 faizini katoliklər təşkil edir.

Papa II İohan Pavel (John Paul II) 1999-cu ildə Rumıniyaya səfər etmişdi.

Papa iyunun 1-də Karpat dağları yaxınlığında Szeklerland deyilən əraziyə baş çəkəcək. Burada 600 minədək etnik macar yaşayır.

Francis deyib ki, səfərinin Rumıniyada pravoslav və katolik icmaları arasında əlaqələri gücləndirəcəyinə ümid edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG