Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:17

Azərbaycan və Polşa məxfi məlumatları bölüşəcək


İ.Əliyev və A.Duda. Foto arxiv

Mayın 31-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevlə Polşa prezidenti Andjey Dudanın təkbətək görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Əlaqələrin daha da genişləndirilməsindən ötrü yaxşı imkanların olduğu vurğulanıb. Polşa prezidenti A.Dudanın Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verəcəyi bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Geniş tərkibli görüş

Mayın 31-də təkbətək görüş başa çatandan sonra Azərbaycan prezidenti İ.Əliyevlə Polşa prezidenti A.Dudanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü də olub.

Sənədlər imzalanıb

Daha sonra İ.Əliyev və A.Dudanın iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanması mərasimi olub.

«Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Polşa Respublikasının bitki mühafizəsi və toxumçuluq üzrə Dövlət Müfəttişliyi arasında fitosanitariya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu» imzalanıb.

Bundan başqa, tərəflər arasında kənd təsərrüfatına aid də anlaşma memorandumu qəbul edilib.

Daha bir sənəd isə Azərbaycan hökuməti ilə Polşa hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında olub.

Polşa Respublikasının prezidenti A.Duda mayın 30-da Azərbaycana gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG