Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Trump-la sammitə görə məmurların ‘edam olunduğu’ bildirilir


Kim Jong Un (solda) və Kim Yong Chol
Kim Jong Un (solda) və Kim Yong Chol

Şimali Koreya lideri Kim Jong Un-un nüvə danışıqlarında xüsusi elçisini edam etdiyi xəbər verilir. Səbəb isə fevralda Hanoyda ABŞ Prezidenti Donald Trump ilə sammitin iflas etməsidir.

Elçi Kim Hyok Choi və Xarici İşlər Nazirliyinin dörd adı çəkilməyən rəsmisi martda Pxenyanın Mirim aeroportunda edam olunublar. Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti onların Birləşmiş Ştatlar üçün casusluqda ittiham olunduğunu yazıb.

Qəzet xəbəri Şimali Koreyada bir mənbəyə istinadla yayıb.

“Kim Hyok Choi danışıqlar barədə yaxşı məlumat vermədiyinə, ABŞ-ın niyyətlərini yetərincə anlamadığına görə Birləşmiş Ştatlar üçün casusluqda ittiham olunub”, – mənbə bildirib.

Nüvə danışıqlarında Dövlət Katibi Mike Pompeo-nun tərəfdaşı kimi çıxış edən Kim Yong Chol isə ölkənin şimalında əmək və “yenidən təhsil” düşərgəsinə göndərilib, qəzet bildirir.

Kim Jong Un və Donald Trump Hanoyda, 28 fevral, 2019-cu il
Kim Jong Un və Donald Trump Hanoyda, 28 fevral, 2019-cu il

Raket sınaqları Trump-ı narahat etmir

Sammitdən sonra bir sıra rəsmilərdən xəbər yox idi.

Trump Şimali Koreya ilə danışıqları xarici siyasətinin özəyi elan edib, dəfələrlə Kim Jong Un-u alqışlayan bəyanatlar verib.

Mayın 26-da Yaponiyaya səfəri zamanı Trump Twitter-də yazıb ki, “Şimali Koreya bəzi kiçik silahlar buraxıb, bu mənim adamlarımdan bəzilərini və digərlərini narahat edib, ancaq məni yox”.

Bu postdan az öncə Dövlət Departamenti bildirmişdi ki, mayın 4 və 9-da keçirilmiş yaxınmənzilli raket sınaqları BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozub.

Trump Kim ilə üçüncü sammitə hazır olduğunu bildirib. Məqsəd Pxenyanın nüvə və raket proqramlarını məhdudlaşdırması əvəzində sanksiyaları yüngülləşdirməkdir.

Liderlər ilk dəfə 2018-ci ilin iyununda Sinqapurda görüşmüşdülər. O zaman imzalanmış sənədə görə, Şimali Koreya ABŞ-ın təhlükəsizlik təminatları əvəzində nüvə tərksilahı aparmağa boyun olmuşdu. Ancaq sonradan media Şimali Koreyanən nüvə fəaliyyətini davam etdirdiyini yazdı.

Fevralda Hanoy görüşündə isə tərəflər heç bir birgə bəyannamə imzalamadılar.

Şimali Koreya lideri aprelin 11-də ölkəsinə sanksiya tətbiq edəcək şəxsləri zərbə ilə hədələdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG