Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 07:46

ABŞ ‘təbii hüquq’ komissiyası yaradır – Qərb mediası


Polislər Nyu Yorkda illik gey-paradda, 2017-ci il
Polislər Nyu Yorkda illik gey-paradda, 2017-ci il

Trump administrasiyası beynəlxalq insan haqları və “təbii hüquq” üzrə “yeni düşüncə” təklif edəcək yeni qurum yaratmağı planlaşdırır. “Politico” dərgisində Nahal Toosi yazır ki, bəzi fəallar niyyətin əslində, qadınların və LGBT icması üzvlərinin qorunmasını məhdudlaşdırmaq olmasından ehtiyatlanır.

Ayrılmaz Hüquqlar Komissiyası adlanacaq yeni qurum Dövlət katibi Mike Pompeo-ya müşavirlik edəcək. Bu haqda Dövlət Departamenti bu həftə Federal Reyestr qeydində bildirib.

Bəzi hüquq müdafiəçiləri bu addımdan təəccübləndiklərini, detalları öyrənməyə çalışdıqlarını deyiblər. Belə bu kontekstdə “təbii” sözü tez-tez “Allahın verdiyi” kimi yozulur. Müasir insan haqları ədəbiyyatında az işlənən “təbii hüquq” ifadəsi hüquqa dini komponentin gətirilməsinin əlaməti ola bilər, ekspertlər belə deyirlər.

Mike Pompeo (solda)
Mike Pompeo (solda)

Fəallar və keçmiş rəsmilərin fikrincə, Trump administrasiyasının insan haqları göstəriciləri ən yaxşı halda sabit hesab oluna bilməz.

“İnsan haqları icmasının bir çox təmsilçiləri Trump administrasiyasına Amerikanın təməl prinsiplərinə ziddiyyət yaradan siyasi məqamlar üzrə məsləhət vermək istərdi. Müzakirə olunası çox şey var”,Human Rights First təşkilatının aparıcı rəsmisi Rob Berschinski deyib.

Dövlət katibi Mike Pompeo jurnalistlərə deyib ki, bu panelin yaradılmasında məqsəd “dünyada əldə etməyə çalışdıqlarımızla əlaqəmizi, dünyadakı diplomatlarımızın əsaslandığı insan haqlarının əsaslı tərifini” müəyyənləşdirməkdir. Dövlət katibi əlavə edib ki, yeni qurum insan haqları bürosundan ayrı olsa da, onun işinə “dərindən bağlıdır”.

Ancaq insan haqları ilə məşğul olmuş keçmiş ABŞ rəsmiləri bu komissiyanın yaradılmasından heyrətləndiklərini bildiriblər.

David Kramer
David Kramer

“Bir tərəfdən, dövlət katibinin bu məsələləri vurğulamaq istəməsi alqışlanasıdır, çünki administrasiya bu məsələlərlə bağlı açıq danışmır. Digər tərəfdən, bu komissiyanın insan haqları bürosunun indiyədək etməyi hansı işi görəcəyindən əmin deyiləm”, – Respublikaçı Prezident George W. Bush administrasiyası dövründə dövlət katibinin insan haqları üzrə köməkçisi işləmiş David Kramer deyib.

Müəllif Prezident Donald Trump və köməkçilərinin indiyədək xarici siyasətdə insan haqlarının roluna çox önəm vermədiyini, bu məsələni selektiv əsasla – düşmən hesab etdiyi ölkələrə təzyiq məqsədilə qaldırdığını yazır.

Təbii hüquq – dövlətdən asılı olmayan, guya insan zəkasından və "təbiətindən" irəli gələn ideal hüquq haqqında təlimdir. Təbii hüquq ideyaları hələ antik dövrdə irəli sürülüb, orta əsrlərdə ilahiyyat qanununun çalarlarından biri hesab edilib.

Volodymyr Zelenskiy andiçmə mərasimindən öncə, 20 may, 2019-cu il
Volodymyr Zelenskiy andiçmə mərasimindən öncə, 20 may, 2019-cu il

Zelenskiy-nin prezidentliyi Avropa üçün "şansdır"

Avropa Ukraynada Volodymyr Zelenskiy-nin prezident seçilməsindən istifadə edərək Ukraynanın Avropa dövlətinə çevrilməsinə dəstəyini davam etdirməli, sülh, demokratiya və insan haqları dəyərlərini təsdiqləməlidir. Bunu “Karnegi” fondunun saytında Maksum Bugriy yazır.

Zelenskiy seçkinin ikinci turunda Petro Poroshenko-nu məğlub edib, 73-24 səs fərqilə qalib gəlib.

Seçkinin ilkin nəticələri elan olunan kimi Zelenkiy-nin ilk mesajı “bütün postsovet ölkələrinə” oldu: “Bizə baxın – hər şey mümkündür”.

“Zelenskiy-nin qələbəsi və siyasi mesajı təkcə Rusiyaya deyil, həm Avropaya və qlobal siyasi düzənədir. Hazırda Qərb dəyərlərinə söykənən liberal institusional düzənlə beynəlxalq nizamı böyük güclərin istəyinə uyğun dəyişən neorealistlər arasında bir müzakirə gedir, sonuncular Ukraynanın yerinin Rusiyanın arxasında olmasına inanırlar”, – yazan müəllif Zelenskiy-nin komandasını da ağır işin gözlədiyin yazır. Ölkənin AB və NATO üzvlüyü kimi konstitusional məqsədini təsdiqləmiş bu komanda həm dövlətçiliyi qorumalı, həm də institutların qurulması prosesini sürətləndirməlidir.

Kreml Ukraynanı siyasi baxımdan təhdid edir. Digər tərəfdən, AB-də bir çox nüfuzlu siyasi oyunçular Ukraynanı Avropa ölkəsi, yaxud AB-nin potensial üzvü deyil, Avropa sərhədlərində bir ölkə sayırlar. Bu baxımdan müəllif, AB-ni Ukraynanın Avropa ölkəsinə çevrilməsindən ötrü dəstəyini artırmağa çağırır.

Arxiv fotosu
Arxiv fotosu

Dünyanın ən balaca körpəsi salamatdır

Kaliforniyanın San Dieqo şəhərində dünyaya göz açmış 245 qramlıq körpə sağ-salamat xəstəxanadan buraxılıb.

Şərti adı “Saybie” olan qızcığazın dünyanın ən balaca körpəsi olduğu bildirilir. O, 23 həftəlik doğulub, beş ay reanimasiyada saxlanaraq çəkisi 2 kiloqrama çatdırılıb.

Körpənin ailəsi əhvalatın paylaşılmasına icazə verib, ancaq anonim qalmaq istəyib.

Uşaqlar adətən 40 həftəlikdə doğulurlar. Amma ananın çox yüksək qan təzyiqi olduğundan o, təcili əməliyyata alınıb.

Qadın qızının sağ qalmayacağını düşünürmüş. Həkimlər ərinə deyiblər ki, övladıyla bir saat vaxt keçirə bilər, o öləcək. Bir saat iki saata, bir günə, həftəyə çevrilib.

XS
SM
MD
LG