Keçid linkləri

Təcili xəbərlər
2019, 17 Avqust, şənbə, Bakı vaxtı 19:04

Fransayla Almaniya Ukrayna sülh danışıqlarının bərpasına çağırır


Ukraynadakı Rusiya səfirliyi qarşısında aksiya, axiv fotosu

Fransa və Almaniya Ukraynanın şərqindəki qanlı münaqişə üzrə sülh danışıqlarının bərpasını istəyir. Almaniyanın xarici işlər naziri Heiko Maas fransalı həmkarı Jean-Yves Le Drian ilə birlikdə mayın 30-da Kiyevdə Ukrayna Prezidenti Volodymyr Zelenskiy ilə “qeyri-adi dərəcədə yaxşı müzakirə” aparıblar.

2014-cü ilin aprelindən Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçılarla hökumət qüvvələrinin münaqişəsində 13 minədək adam öldürülüb. Fransa və Almaniya Minsk prosesi adlı sülh danışıqlarının aparıcı qüvvələri olublar. Minsk razılaşmaları çərçivəsində 2014-cü ilin sentyabrında və 2015-ci ilin fevralında elan olunmuş atəşkəs sazişlərinə tam əməl olunmayıb.

“İndiki məqamdan istifadə edərək Minsk sülh prosesini yenidən işə salırıq… çünki hazırda çıxılmaz durumdayıq və bu, qəbuledilməzdir”, – Maasa deyib. Onun sözlərinə görə, Zelenskiy sülhün “mütləq prioritet” olduğunu vurğulayıb.

Maas və Le Drian birgə bəyanatda Moskvanı “gərginliyi qızışdırmaqdansa, Ukrayna hökuməti ilə inam mühitinin bərpasından ötrü siyasi iradə və məsuliyyət” sərgiləməyə çağırıb.

Onlar Rusiyadan qanunsuz saxlanmış 24 dənizçinin buraxılması kimi bəzi jestlər gözləndiyini vurğulayıblar. Rusiya ötən ilin noyabrında Ukraynadan ilhaq etdiyi Krım yarımadası yaxınlığında dənizçiləri saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG