Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Dekabr, Cümə, Bakı vaxtı 21:25

Ukrayna parlamenti baş naziri istefaya göndərmir


Volodymyr Hroysman
Volodymyr Hroysman

Ukrayna parlamenti (Verkhovna Rada) Baş nazir Volodymyr Hroysman-ın istefasını qəbul etməyib. Prezident Volodymyr Zelenskiy mayın 20-də hökuməti istefaya çağırmışdı.

Mayın 30-da deputatlardan 97-si Hroysman-ın istefasının lehinə səs verib. İstefanın qəbul olunması üçün 226 səs lazım idi.

Elə bu gün Zelenskiy-nin idarəsi bəyan edib ki, prezident parlamentdən Xarici işlər naziri Pavlo Klimkin, Müdafiə naziri Stepan Poltorak, Təhlükəsizlik xidmətinin rəhbəri Vasyl Hrytsak-ı istefaya göndərməyi xahiş edib. Prezidentin idarəsi Baş prokuror Yuriy Lutsenko-nun işdən çıxarılması məsələsinin də həllini gözlədiyini bildirib.

Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

Andiçmə mərasimindən bir gün sonra Zelenskiy parlamentin buraxılması, iyulda erkən seçki keçirilməsi ilə bağlı fərman imzalayıb. O, həm də seçki prosesinə dəyişikliklər təklif edib.

Ancaq mayın 22-də fövqəladə iclas keçirən Verkhovna Rada Zelenskiy-nin təkliflərini müzakirəyə çıxarmaqdan imtina edib. Bu da yeni prezidenti elə ilk gündən çətin duruma salıb.

Siyasətdə yeni olan Zelenskiy-nin indiki parlamentdə dəstəyi yoxdur. Artıq ikinci dəfə onun təkliflərinə qarşı səs verilməsi prezidentlə deputatlar arasında qarşıdurmanın dərinləşdiyini göstərir.

XS
SM
MD
LG