Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Avqust, Cümə axşamı, Bakı vaxtı 15:04

Kabildə partlayışda azı 6 nəfər öldürülüb


Hadisə yeri

Mayın 30-da Kabildə hərbi təlim mərkəzinin girişində intiharçı partlayışında azı 6 nəfər öldürülüb, 6 nəfər yaralanıb.

İntiharçıya Marşal Fahim adına Milli Müdafiə Universitetinə girməyə icazə verilməyincə o, partlayıcıları işə salıb. Universitet Əfqanıstan paytaxtının qərbində yerləşir.

Partlayış kursantlar mərkəzdən çıxdığı anda törədilib.

Hücuma görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması götürüb. Bu arada Moskvada Taliban qruplaşması təmsilçiləri aparıcı əfqan siyasətçilərlə sülh danışıqları aparır.

Əfqanıstanın Müdafiə Nazirliyi mayın 30-da xüsusi əməliyyatçıların ölkənin cənubundakı Zabul vilayətində Taliban həbsxanasından 28 məhbusu azad etdiyini yazıb.

Bəyanatda onların 16-nın dinc sakin, 12-nin təhlükəsizlik qüvvələri üzvləri olduğu, tibbi müayinədən keçirildikləri bildirilir.

Nazirlik əməliyyat zamanı iki talibançının öldürüldüyünü açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG