Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 09:28

Yoxlamalar daha da genişləndirilir


Milli Məclis

Milli Məclisin bu gün, mayın 30-da keçirilən iclasında «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunda dəyişiklik edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

«Report» xəbər verir ki, qanunun 2.2-ci maddəsində «vergi yoxlamalarına» sözlərindən sonra «tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara» sözləri əlavə edilir.

10.3-cü maddəsində isə «sahəsində» sözü «yanğın nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahələrində» sözləri ilə əvəz edilir.

Bundan başqa, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanunda dəyişiklik edilməsi barədə də layihə müzakirəyə çıxarılıb.

Qanunun 2.1-ci maddəsinə edilən dəyişiklikdə də təhlükə potensiallı obyektlər, dağ-mədən və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalara da yaşıl işıq yandırılır

Layihələr müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Fevralda nə olmuşdu?

Milli Məclisin fevralın 12-də keçirilən plenar iclasında da «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanuna dəyişiklik edilməsi barədə layihə qəbul olunmuşdu.

Dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tuturdu. Sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə verilir. Söhbət gömrük, vergi və dərman vasitələri ilə bağlı yoxlamalardan gedir.

Həmin dəyişikliyə əsasən isə, bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib.

Xatırlatma

«Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» Qanun Milli Məclisdə 2015-ci ildə qəbul edilib. 2017-ci ildə isə onun müddəti 2021-ci il yanvarın 1-dək uzadılıb.

Rəsmilər bildirirdilər ki, belə bir qanunun qəbulundan sonra ölkədə yoxlamalar kəskin azalıb. Onların fikrincə, bu da prezidentin sahibkarlığa böyük dəstəyinin göstəricisidir. Ancaq bəzi ekspertlər də deyirdilər ki, qanun heç də tam gücü ilə işləmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG