Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Ukraynada vertolyot qəzasında 5 nəfər həlak olub


MI-8 vertolyotu

Mayın 29-da axşam Ukraynada Mi-8 hərbi vertolyotu ölkənin qərbində təlim zamanı qəza edib, dörd heyət üzvü və komandir həlak olub. Məlumatı Ukrayna Quru Qüvvələrinin mətbuat xidməti Facebook səhifəsində yayıb.

Mətbuat xidməti vertolyotla əlaqənin mayın 29-da gecə 11:27-də itdiyini bildirir.

Hadisə yerində xilasedicilər və hüquq-mühafizə agentliklərinin əməkdaşları işləyir.

Prezident Volodymyr Zelenskiy Twitter-də yazıb:

“Bu səhər yaxşı açılmadı. Ukrayna Silahlı Qüvvələrinin Ali baş Komandanı General Khomchak-a faciənin təhqiqini şəxsi nəzarətinə almaq göstərişi vermişəm”.

Günün bütün mövzuları

XS
SM
MD
LG