Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 12:47

Böyük Palata İlqar Məmmədovla bağlı qərar verdi


İ.Məmmədov

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası bu gün, mayın 29-da ReAl Partiyasının sədri İlqar Məmmədovun işi üzrə qərarını elan edib.

AİHM-in saytı qərarın mətnini dərc edib.

Böyük Palata hesab edir ki, Azərbaycan dövləti siyasətçini azadlığa buraxmamaqla Avropa Şurası qarşısındakı öhdəliyini (Konvensiyanın 46.1-ci maddəsi) pozub. Söhbət Azərbaycan hökumətinin İ.Məmmədovla bağlı AİHM-in 22 may 2014-cü il tarixli qərarını icra etməməsindən gedir. Həmin qərarla 2013-cü il İsmayıllı hadisələri ilə bağlı həbs edilən İ.Məmmədovun hüquqlarının pozulduğu tanınıb.

2014-cü ilin dekabrında Nazirlər Komitəsi ilk dəfə olaraq işə baxıb və İ.Məmmədovun azad edilməsinə çağırıb. Sonradan Komitə dəfələrlə bu çağırışı təkrar edib, lakin İ.Məmmədov bir müddət azad edilməyib.

2017-ci ilin oktyabrında Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı rəsmən xəbərdar edib ki, AİHM-in 2014-cü il qərarına əməl etmək barədə Konvensiya öhdəliyini yerinə yetirməyib. Bununla əlaqədar Avropa Şurası tarixində ilk dəfə Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlayıb.

Nazirlər Komitəsinin müraciəti baxılmaqdan ötrü 2017-ci il dekabrın 11-də AİHM Katibliyinə verilib və sonra Strasburq məhkəməsinin Böyük Palatasına daxil olub.

Xatırlatma

İlqar Məmmədov 2013-cü ilin fevralında İsmayıllı hadisələri ilə əlaqədar həbs edilib, iğtişaşda ittiham olunaraq 7 il həbs cəzası alıb. Nəhayət, 2018-ci ilin avqustunda Şəki Apellyasiya Məhkəməsi qalan cəzanı 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edərək, onu həbsdən azad edib.

Multimedia

XS
SM
MD
LG