Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:11

Brüsseldə əsas vəzifələri kimlər tutacaq


Merkel (sağda) və Macron AB-nin sammitində
Merkel (sağda) və Macron AB-nin sammitində

Brüsseldəki aparıcı posta namizədlərlə bağlı Avropa liderləri arasında ziddiyyət yaranıb. Bu haqda "Frans Pres" agentliyi yazır.

Almaniyanın Kansleri Angela Merkel Brüsseldə nahardan sonra deyib ki, növbəti beş ildə Avropa Komissiyasına özünün sağ-mərkəzi qrupunun namizədinin rəhbərlik etməsini istəyir.

“Aparıcı namizədimiz, EPP-nin (Avropa Xalq Partiyası) namizədi Manfred Weber-i dəstəkləyirik. Digərləri də, aydındır ki, öz namizədlərini dəstəkləyirlər”, – Merkel jurnalistlərə deyib.

“Seçicilərimiz qarşısında məsuliyyətimiz var, gözləməliyik. Bu haqda danışmaq üçün çox tezdir. Hər kəs dözümlülük, kompromisə getməyə hazır olduğunu göstərməlidir”, – kansler vurğulayıb.

Ancaq Fransa Prezidenti Emmanuel Macron deyib ki, ötən həftəki seçkidən sonra Avropa Parlamentində siyasi balansın dəyişməsi namizədlik prosesi “həbsxanası”nı dağıdıb.

“Əsas məsələ odur ki, ən həssas vəzifədə olanlar mövqeyimizi paylaşsınlar, mümkün qədər xarizmatik, təşəbbüskar, səriştəli olsunlar”, – o vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və Donald Tusk, arxiv fotosu
Azərbaycan Prezidenti İlham Əliyev və Donald Tusk, arxiv fotosu

Gender balansı

Avropa Şurasının prezidenti Donald Tusk indi AB-də əsas vəzifələrə namizədlərin siyahısını hazırlamalıdır. Liderlər bir də iyunun 21-də bir araya gələcəklər.

Əgər konsensus əldə edə bilməsələr, müzakirə 2014-cü ildəki kimi uzanacaq. O zaman aparıcı vəzifələrin razılaşdırılması üçün bir neçə sammit keçirilmişdi.

Liderlər Avropa Komissiyasının sədrini, Şuranın prezidentini, xarici siyasət rəhbərini, Avropa Parlamentinin spikerini və mərkəzi bank direktorunu seçməlidirlər.

Macron jurnalistlərə gender balansının ondan ötrü vacib olduğunu deyib, “yəni iki kişi, iki qadın seçilsin”.

O, Weber-ə qarşı AB-nin rəqabət komissarı, Danimarkadan Margrethe Vestager, birliyin Breksit danışmanı Michel Barnier, Niderlanddan sosial demokrat Frans Timmermans-ın adlarını çəkib.

Merkel-in fikrincə, Macron realist olmalı, Weber-in namizədliyini vermiş EPP-nin parlamentdə ən böyük qrup kimi qalacağını nəzərə almalıdır.

“Gender balansı azı iki qadın deməkdir”, – sammitə sədrlik edən Donald Tusk bildirib. İndi namizədlərin siyahısını razılaşdırmaqdan ötrü o, paytaxtlar arasında danışıqlar aparmalıdır.

Şərq ölkələri isə coğrafi balans tələb edirlər. Polşa və Macarıstan Timmermans-ın namizədliyinə qarşı çıxırlar. Çünki o, komissiyanın indiki vitse-prezident vəzifəsində onlara qarşı hüququn aliliyi ilə bağlı AB-nin təhqiqatına rəhbərlik edib.

Agentlik yazır ki, bu məsələdə yekdillik tələb olunmasa da, bir namizədin liderlərin iradəsinə qarşı uğur qazanacağı çətin olar. Çünki bu halda onların gələcək əməkdaşlığına ziyan dəyər, AB-də qərarvermə prosesinin dayanması riski yaranar.

XS
SM
MD
LG