Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:06

Almaniya prezidenti Daşkənddədir


Frank-Walter Steinmeier (sağda) və Shavkat Mirziyoev Berlində, arxiv fotosu

Almaniya Prezidenti Frank-Walter Steinmeier mayın 28-də Daşkənddə Özbəkistan Prezidenti Shavkat Mirziyoev ilə görüşməlidir. Üçgünlük səfərin məqsədi ölkələr arasında münasibətləri dərinləşdirməkdir.

Steinmeier-in səfəri mayın 27-də başlanıb. Mirziyoev 2016-cı ildə hakimiyyətə gəlib. O vaxtdan Özbəkistanda bəzi islahatlar gerçəkləşdirilib.

Human Rights Watch (HRW) insan haqları təşkilatı Steinmeier-i çağırıb ki, səfəri zamanı Mirziyoev dövründəki “müsbət dəyişikliklər”in “uzun yolda kiçik addımlar” olduğunu vurğulasın.

Keçmiş baş nazir Mirziyoev 2016-cı ilin sentyabrında Islam Karimov-un ölümü elan olunandan sonra prezident postuna keçib.

O vaxtdan Mirziyoev ölkə iqtisadiyyatını möhkəmləndirmək yönündə bəzi addımlar atıb.

XS
SM
MD
LG