Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 10:04

Bıçaqlı şəxs iki nəfəri öldürüb, 15 nəfəri yaralayıb


Arxiv fotosu

Tokio yaxınlığında avtobus dayanacağına hücumda bıçaqlı şəxs biri məktəbli qız olmaqla iki nəfəri öldürüb, azı 15 nəfəri yaralayıb.

Hakimiyyət yaralılardan 13-nün məktəblilər olduğunu bildirir.

***

Tokio yaxınlığında adamla dolu avtobus dayanacağında bir bıçaqlı 13-ü uşaq olmaqla azı 19 nəfəri yaralayıb, sonra öz boğazını kəsib.

Polis şübhəlinin aldığı yaralardan dünyasını dəyişdiyini bildirib.

Yaponiya mediası hücum zamanı bir uşağın və bir böyük adamın öldürüldüyünü yazır. Yerli yanğınsöndürmə departamenti isə hücum edənin azı bir nəfəri öldürdüyünü təsdiqləyib.

NHK televiziyası bir şübhəlinin saxlandığını, hadisə yerindən iki bıçaq tapıldığını xəbər verir.

Hücum edənin kimliyi, motivləri hələlik, açıqlanmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG