Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Eks-prezidentlərin mühakiməsinə yol açan qanun qüvvəyə minib


Almazbek Atambaev SDPK sədri kimi son iclasını aparır, 25 may, 2019-cu il
Almazbek Atambaev SDPK sədri kimi son iclasını aparır, 25 may, 2019-cu il

Qırğızıstanda keçmiş ölkə başçılarının mühakimə olunmasına icazə verən qanun qüvvəyə minib. Bundan ikicə gün öncə isə eks-prezident Almazbek Atambaev müxalifətdə olan Qırğızıstan Sosial Demokratik Partiyasının (SDPK) liderliyindən istefa verib.

Mayın 27-də qüvvəyə minmiş qanunu Prezident Sooronbai Jeenbekov mayın ortasında ratifikasiya edib. Bu arada bəzi siyasətçilər keçmiş prezident Atambaev-in vəzifədə ikən verdiyi qərarlarla bağlı təhqiqat aparılmasına çağırırlar.

Yeni qanunda keçmiş prezidentlərin cinayət təqibindən toxunulmazlığı nəzərdə tutulsa da, onlar eks-prezident statusunu itirincə mühakimənin mümkün olduğu bildirilir.

Qanunda deyilir ki, Baş prokurorlar keçmiş prezidenti “xüsusilə ağır cinayətlərdə” şübhəli bilərsə, parlament onun statusunu ala bilər. Ancaq qanunda “xüsusilə ağır cinayət”in nə olduğu açıqlanmır.

Sooronbai Jeenbekov çoxuşaqlı analarla görüşdə, arxiv fotosu
Sooronbai Jeenbekov çoxuşaqlı analarla görüşdə, arxiv fotosu

Atambaev siyasətdən getmir

Atambaev mayın 25-də SDPK-nın iclasında partiya liderliyindən istefa verdiyini açıqlayıb. Bundan sonra onun müavini Asel Koduranova partiyanın yeni sədri seçilib.

Təxminən bir ildir bu partiyada böhran yaranıb. Partiyanın bəzi üzvləri Atambaev-siz SDPK kampaniyası başladıblar.

2017-ci ildə SDPK-nın namizədi kimi seçkiyə getmiş Jeenbekov prezident andı içəndən sonra partiya üzvlüyünü dayandırıb.

Jeenbekov-la Atambaev arasında qarşıdurma dərinləşdikcə keçmiş prezidentlərin toxunulmazlığının alınması məsələsi gündəmə gəlib.

Altı il prezident olan Atambaev öz varisi kimi Jeenbekov-u dəstəkləyib və o, 2017-ci ilin oktyabrında prezident seçilib.

Keçmiş müttəfiqlər bir ildən çoxdur bir-birini açıq şəkildə tənqid edirlər.

Atambaev-in bir neçə yaxın adamı korrupsiya ittihamıyla həbs olunub.

Martda isə Atambaev Jeenbekov-un hakimiyyətə gəlməsinə kömək etdiyinə görə ictimaiyyətdən üzr istəyib, onu avtokrata bənzədib.

SDPK-nın təmsilçisi Kunduz Joldubaeva mayın 27-də jurnalistlərə deyib ki, Atambaev siyasətdə qalır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG