Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 05:28

Dörd həbsxana nəzarətçisi yaralanıb


Ukraynada həbsxana, arxiv fotosu

Ukraynanın Odessa regionunda həbsxana qiyamı zamanı dörd nəzarətçi yaralanıb.

51 saylı cəzaçəkmə koloniyasında qiyam mayın 27-də səhər başlanıb. Həbsxanadakı bir maşın yandırılıb.

Məhkumların nəzarətçilərin apardıqları axtarışlara etiraz etdikləri görünür. Ölkənin insan haqları ombudsmanı Lyudmyla Denisova Facebook-da belə yazıb.

“Qiyamçılar üç tibb əməkdaşını və üç nəzarətçini girov götürüblər”, ancaq onlar azad olunub və “hal-hazırda durum nəzarətdədir”, – Denisova yazıb.

Media həbsxananın polis kordonuyla mühasirəyə alındığını xəbər verir.

Öldürülən olmasa da, polis dörd nəzarətçinin yaralandığını bildirib.

Qiyamı qızışdırmaqda ittiham olunan məhbuslar digər məhbuslardan təcrid olunub və hazırda “penitensiar obyektin işində sabitsizlik yaratmaq fəaliyyəti” araşdırılır, rəsmi məlumatda belə deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG