Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 01:46

Hakim partiya liderinin məhkumluğu saxlandı


Liviu Dragnea

Rumıniyada məhkəmə hakim Sosial Demokrat Partiyası (PSD) liderinin məhkumluğundan verilmiş şikayəti rədd eləyib. Liviu Dragnea 2018-ci ildə korrupsiya ittihamlarında təqsirli bilinib.

Buxarestdəki ali apelyasiya məhkəməsinin mayın 27-də çıxardığı qərar yekun sayılır.

Hakimlər Dragnea-ya 24 saat verib ki, polisə məlumat versin, üç il yarımlıq həbs cəzasını çəkməyə başlasın.

Dragnea-ya həbs cəzası PSD üçün çalışan iki qadına saxta dövlət işinin yaradılmasında nüfuzundan istifadəyə görə kəsilib.

Bu həbs PSD-nin ziddiyyətli ədliyyə islahatlarında aparıcı rol oynamış bir şəxsin ictimai həyatdan kənarlaşdırılması deməkdir. Tənqidçilərin fikrincə, bu islahatlar məhkəmələrin müstəqilliyinə ziyan vurub.

Məhkəmə qərarından bir gün öncə PSD Avropa Parlamentinə seçkilərdə uduzub.

Günün bütün mövzuları

XS
SM
MD
LG