Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 16:52

Rumıniyalılar antikorrupsiya, məhkəmə islahatlarını rədd edirlər


Rumıniyada seçki
Rumıniyada seçki

Rumıniyalılar dövlət korrupsiyası ilə mübarizəni çətinləşdirəcək qanunvericilik dəyişikliklərini rədd ediblər. Bunu ekzit-polların nəticələrinə əsasən demək olar.

Mayın 26-da keçirilmiş referendum əhalinin ədliyyə və antikorrupsiya qanunvericiliyinə dəyişikliklərə münasibətini üzə çıxaran ilk sınaq idi. Dəyişiklikləri hakim Sosial Demokratlar (PSD) təklif edib.

Mərkəzçi Prezident Klaus Iohannis referendumun mayın 26-da – Avropa Parlamentinə seçkilərlə eyni gündə keçirilməsinə çağırmışdı.

Iohannis seçiciləri alqışlayıb. Seçicilərin 41 faizi səsverməyə gedib, onun etibarlı olmasından ötrü azı 30 faiz seçici iştirakı tələb olunurdu.

Referendumun rəsmi nəticələri mayın 27-də açıqlanacaq. Ancaq Iohannis artıq qələbəni elan edib.

Prezident razı qalıb

“Referendumda uğur qazanılıb”, – Iohannis deyib, rumıniyalıların solçu PSD koalisiyasının antikorrupsiya islahatlarını geri çevirmək cəhdlərinə qarşı çıxdığını vurğulayıb.

Klaus Iohannis səs verir
Klaus Iohannis səs verir

“Bu, düzgün siyasətə, əsl məhkəməyə aydın səs verməkdir. Heç bir siyasətçi müstəqil məhkəməyə verdiyiniz aşkar səsi gözardı edə bilməz”, – Iohannis deyib.

Seçicilərdən iki sual soruşulmuşdu.

Birinci sual beləydi: “Korrupsiya işlərində amnistiya və əfvə qadağanı dəstəkləyirsinizmi?

İkinci sualda isə deyilirdi: “Hökumətin cinayətlər, cəzalar, ədliyyə təşkilatı üzrə fövqəladə fərmanlar qəbul etməsinə qadağanı, birbaşa Konstitusiya Məhkəməsinə müraciət hüququnun genişləndirilməsini dəstəkləyirsinizmi?

Solçu hökumətin fevralda heç bir ictimai müzakirə aparmadan atdığı fövqəladə addım, tənqidçilərin fikrincə, prokurorların müstəqilliyini məhdudlaşdırıb. Bundan sonra minlərlə rumıniyalı etirazlara çıxıb.

PSD iki il öncə hakimiyyətə keçəndən sonra bir sıra qanunvericilik dəyişikləri irəli sürüb. Bu, Avropa Birliyi və Birləşmiş Ştatların bu ölkədə hüququn aliliyi sarıdan narahatlıq dilə gətirməsinə səbəb olub.

PSD dünənki referenduma da qarşı çıxırdı.

Avropa Parlamentinə seçkilərə gəlincə, ekzit poll nəticələrinə görə, PSD-nin 2016-cı ildə əldə etdiyi 45 faizlik səsdə kəskin geriləmə var. Ekzit poll həm PSD və müxalif mərkəzçi Milli Liberal Partiyasının 25 faizədək səs yığacağını göstərir.

XS
SM
MD
LG