Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:37

Millətçilər və ifrat-sağçılar Avropa Parlamentində yerini möhkəmlədir


Avropa Parlamentinin qarşısı, 26 may, 2019-cu il
Avropa Parlamentinin qarşısı, 26 may, 2019-cu il

Mayın 27-də açıqlanan seçki nəticələri Avropa Xalq Partiyası (EPP) və Sosialistlərin (S&D) çoxdankı “böyük koalisiya”sının daha çoxluğu saxlaya bilməyəcəyini göstərir.

İfrat sağçılar və millətçilərin mövqeləri möhkəmlətməsi ilə eyni zamanda Yaşıllar və liberalların da göstəriciləri yüksəlib. Bu da AB-ni gücləndirməyə sadiq partiyaların parlamentin üçdə ikisini – 751 yerdən 505-ni əlində saxlaya biləcəyi deməkdir.

Liberallar 100-dək, Yaşıllar isə 70-dək mandat əldə ediblər. Bu, həmin qrupların adətən dominant mövqedə olmuş sağ-mərkəzçi və sol-mərkəzçi partiyalardan daha uca səslə danışa biləcəyini ortaya qoyur.

***

Avropa Parlamentinə seçkilərin ilkin nəticələrinə görə, millətçi və ifrat-sağçılar Avropa Birliyini dəstəkləyən mərkəzçi partiyalara qarşı yerini möhkəmləndirir.

İlkin nəticələrə görə, AB-pərəst partiyalar 751 yerlik parlamentdəki mandatların yarıdan da azına – təxminən 321-nə sahiblənəcək.

Ətraf mühit fəalları özünü yaxşı göstərib, Avropanın ən böyük ölkələrində Yaşıllar partiyaları fərqlənib. Almaniyada yaşıllar səslərin 20 faizini əldə edib, 2014-cü ildə keçirilmiş seçkidən təxminən iki dəfə artıq.

Yaşıllar koalisiyaya girə bilər

Ümumilikdə isə Yaşıllar 69 mandata yiyələnə tuta bilər. Ötən seçkidən sonra onların 52 mandatı vardı.

Görünür, Yaşıllar partiyasından siyasətçilər iki AB-pərəst blokla koalisiya danışıqlarına başlaya bilərlər. Sağ-mərkəzçi Avropa Xalq Partiyası (EPP) 179, Sosialistlər və Demokratların (S&D) Proqressiv Alyansı isə 152 mandat qazana bilər.

Manfred Weber
Manfred Weber

Fransadan aparıcı Yaşıllar Partiyası namizəd Yannick Jadot deyib ki, bu, “bizim əsas oyunçu olduğumuz yaşıl dalğa”nın nəticəsidir.

EPP və S&D liderləri mayın 27-də deyib ki, ifrat-sağçı millətçilərlə işləməyi istisna edirlər. Onlar Avropa-pərəst partiyaları əməkdaşlığa çağırıblar.

Sağ-mərkəzçi EPP qrupunun lideri Manfred Weber mayın 26-da deyib ki, “bundan sonra güclü Avropa Birliyi istəyənlər qüvvələri birləşdirməlidirlər”.

Weber-in sözlərinə görə, onun qrupu “Avropa Birliyinin gələcəyinə inanmayan heç bir partiya ilə” əməkdaşlıq etməyəcək.

Sosialist və Demokratların lideri Frans Timmermans proqressiv partiyalarla işləmək istədiyini deyib. O, AB-nin icraedici komissiyasının rəhbərliyinə Weber-in əsas rəqibidir.

Marine Le Pen
Marine Le Pen

Macron-a zərbə?

Fransada isə Marine Le Pen-in ifrat-sağçı Milli Yürüş partiyası (RN) önə çıxıb. Bu, mərkəzi siyasətçilər adından təbliğat aparmış AB-yönümlü Prezident Emmanuel Macron üçün simvolik geriləmə sayılır.

Ekzit pollar Le Pen-in partiyasının səslərin 24, Macron-un mərkəzçi alyansının isə 22,5 faizini yığdığını göstərir.

Le Pen Macron-u Fransa parlamentini buraxmağa, yeni seçki çağırmağa səsləyib, ancaq hökumət bunu dərhal rədd edib.

İlkin nəticələr Almaniya Kansleri Angela Merkel və onun sol-mərkəzçi koalisiya tərəfdaşının da itki verdiyini göstərir.

Britaniyanı çıxmaqla Avropa Birliyi ərazisində seçici fəallığı son 20 ildə ən yüksək həddə olub – 51 faiz.

Avropa Parlamentində seçkilər 23-26 may tarixlərində keçirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG