Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:27

Azad Rəhimov Mkhitaryan barədə: ‘Dalınca özəl təyyarə göndərək?’


Henrikh Mkhitaryan (sağda)
Henrikh Mkhitaryan (sağda)

Arsenal-ın keçmiş meneceri Arsene Wenger ermənistanlı futbolçu Henrikh Mkhitaryan-ın Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasına getməməsindən heyrətini bildirib.

Qeyd edək ki, Arsenal yarımmüdafiəçisi Bakıda Çelsi ilə qarşılaşmada iştirakdan təhlükəsizlik səbəblərini əsas gətirərək imtina edib. Azərbaycan tərəfi isə onun təhlükəsizliyinə yüksək səviyyədə təmin olunacağını vəd edib. Hətta UEFA da Azərbaycandan futbolçunun təhlükəsizliyinə “ən yüksək səviyyədə” təminat aldığını bildirib.

“Futbolda belə bir şey baş verməməlidir. Müasir dünyada futbol oyununu siyasi baxımdan oynamaq olmaz”, – Mkhitaryan-ı Arsenala gətirmiş Wenger deyib.

Azad Rəhimov (ortada)
Azad Rəhimov (ortada)

“F16 qırıcısı da müşayiət eləsin?”

Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimov isə CNN-ə bildirib ki, Azərbaycan hökuməti bu işlə bağlı istənilən idmançıdan iki-üç dəfə artıq sənəd təqdim edib, Mkhitaryan-ın təhlükəsizliyinə təminat verməyin başqa yolu qalmayıb.

***Buna da bax: XİN: ‘Bu addım Ermənistanın sülhə hazır olmadığını nümayiş etdirdi’

“Bundan artıq neyləyə bilərik? ‘Bundan artıq’ deyəndə nəyi nəzərdə tutursuz? Təminatdan da artıq? 100%-dən də artıq? Biz təhlükəsizliklə bağlı hiss etdiyimiz və anladığımız hər şeyi elədik. Bundan artıq neyləyə bilərdik?” – nazir deyib.

“Onun dalınca özəl təyyarə göndərə bilərikmi? Bəlkə iki dənə də F16 qırıcısı müşayiət eləsin... ya hərbi-dəniz maşını?

UEFA və Arsenala bütün mümkün və qeyri-mümkün sənədlər təqdim olunub. Şəxsən öz tərəfimdən məktub yazaraq hökumətin zəmanəti ilə imzalamışam, Azərbaycan Futbol Assosiasiyası, təhlükəsizliyə cavabdeh dövlət qurumlarının hamısı yazıblar”, – Azad Rəhimov vurğulayıb.

Arsenal Mkhitaryan və ailəsi ilə məsləhətləşmələrdən sonra oyunçunun yarışmaya getməməsindən “məyusluğunu” bildirib. UEFA isə bu qərara hörmətlə yanaşdığını vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub. 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG