Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Zarif Pakistandadır


Shah Mehmood Qureshi (sağda) və Mohammad Javad Zarif

İranın Xarici işlər naziri Mohammad Javad Zarif mayın 24-də İslamabadda pakistanlı həmkarı Shah Mehmood Qureshi ilə görüşəcək.

Mayın 23-də Pakistanın paytaxtına getmiş Zarif beynəlxalq ictimaiyyəti Birləşmiş Ştatların İrana qarşı “aqressiv” və “dalaşqan yanaşmasını” önləyəcək addımlar atmağa çağırıb.

“Hazırda regionumuz çox kritik durumdadır və regionda təhlükəli addımlat formalaşır, buna görə də qonşularımızla məsləhətləşmələr aparmalıyıq”, – Zarif deyib.

Pakistanın Xarici İşlər Nazirliyi isə bəyanatında bildirib ki, “regiondakı vəziyyət ciddidir və bütün tərəflərin dialoqu ilə yoluna qoyulmalıdır”.

“Tərəfləri təmkinli davranmağa çağırırıq, istənilən hesablanmamış addım irimiqyaslı münaqişəyə çevrilə bilər”, – bəyanatda vurğulanır.

İki ölkə arasında gərginlik Trump 2018-ci ilin mayında ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra artmağa başlayıb.

İranın ABŞ daxil 6 dünya gücü ilə imzaladığı bu saziş Tehranın öz nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində onun üzərindəki beynəlxalq sanksiyaları qaldırmalı idi.

Lakin ABŞ bu sazişdən çıxdıqdan sonra İranın üzərinə neft də daxil ən önəmli sahələr üzrə Amerika sanksiyaları bərpa olunub.

Bu arada Trump həm də Yaxın Şərq və Fars körfəzi regionundakı ABŞ hərbi qüvvələrinin gücləndirilməsini əmr edib. Trump bildirib ki, bu, İranın regionda ABŞ maraqlarına yaratdığı təhlükə ilə bağlıdır.

İran bildirir ki, onun nüvə fəaliyyəti sırf dinc mülki xarakter daşıyır.

İran Prezidenti Hassan Rohani mayın 23-də deyib ki, ölkəsi bombalansa belə, ABŞ-ın təzyiqinə boyun əyməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG