Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 20:41

PrivatBank milyarder Kolomoyskiy-ni məhkəməyə verib


Siyasi karikatura

Ukraynanın böyük banklarından biri keçmiş oliqarx sahiblərinə qarşı ABŞ məhkəməsində iddia qaldırıb.

Üç il öncə Ukraynada milliləşdirilmiş PrivatBank mayın 21-də Delaver ştatında Ihor KolomoyskiyHennadiy Boholyubov-a qarşı məhkəmə iddiası qaldırıb.

Bundan bir gün öncə isə Volodymyr Zelenskiy Ukraynanın yeni prezidenti kimi and içib. Onun Kolomoyskiy ilə əlaqələri olduğu bildirilir. Zelenskiy Kolomoyskiy-nin vəkillərindən birini işlər idarəsinin başçısı təyin edib.

Təxminən iki il xaricdə mühacirətdə yaşamış Kolomoyskiy artıq Ukraynaya qayıdıb.

Ihor Kolomoyskyi, arxiv fotosu
Ihor Kolomoyskyi, arxiv fotosu

Oliqarx 1992-ci ildə yaratdığı banka nəzarəti ələ almağa çalışır. Ukrayna Milli Bankı PrivatBank-ı 2016-cı ildə ovaxtkı Prezident Petro Poroshenko-nun hakimiyyəti dövründə milliləşdirib, bankının iflasının qarşısını almaqdan ötrü ona büdcədən 6 milyard dollarlıq pul ayrılıb.

Ukrayna məhkəməsi ötən ay milliləşdirmənin qanunsuz olması barədə qərar çıxarıb və bununla Kolomoyskiy-nin bankı yenidən ələ alması şansını artırıb.

“Şəxsi bankları kimi istifadə ediblər”

Məhkəmə iddiasında isə iki ukraynalı, eləcə də Mayaminin üç sakini bankı demək olar dağıtmış fırıldaq və çirkli pulyumada ittiham olunur.

Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

PrivatBank bildirir ki, Kolomoyskiy və Boholyubov özlərinin nəzarətində olan şirkətlərə pul ayırıb, sonradan bunu Delaverdəki qurumlar vasitəsilə yuyaraq Birləşmiş Ştatlarda aktivlər əldə ediblər, buraya mülkiyyət və metal şirkətləri daxildir.

Bu iki şəxs “PrivatBank-dan öz şəxsi bankları kimi istifadə edib, Birləşmiş Ştatlardakı qurumlar vasitəsilə yüz milyonlarla dollar yuyublar”, iddiada vurğulanır.

Hələlik, Kolomoyskiy və Boholyubov məsələyə münasibət açıqlamayıblar.

Zelenskiy-nin Kolomoyskiy ilə əlaqələri onun maqnatın biznes maraqlarına laqeyd qala bilməyəcəyi barədə ehtimallara yol açıb.

Zelenskiy isə seçki kampaniyası dövründə deyib ki, bankı Kolomoyskiy-yə qaytarmağa çalışmayacaq. Belə bir addım Beynəlxalq Valyuta Fondu ilə münasibətlərə də ziyan vurar.

Kolomoyskiy isə “Ukrainskaya Pravda” qəzetinə müsahibəsində deyib ki, yenidən PrivatBank-a sahiblənmək, ya da banka qoyduğu vəsaitin bir hissəsini qaytarmaq istəyir. Ancaq bundan ötrü məhkəmə bu kapitalın qoyulduğunu sübut etməlidir. Biznesmenin fikrincə, bundan ötrü hökumət komissiyası, yaxud müstəqil auditorlar təyin oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG