Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Kocharian-ın azadlığa buraxılmasından şikayət verilib


Robert Kocharian məhkəməsində, 16 may, 2019-cu il
Robert Kocharian məhkəməsində, 16 may, 2019-cu il

Ermənistanda prokurorlar keçmiş prezident Robert Kocharian-ın məhkəməsinin təxirə salınması və barəsində həbs qətimkan tədbirinin ləğvindən apellyasiya şikayəti veriblər.

Baş Prokurorluqdan mayın 23-də AzadlıqRadiosu-nun erməni xidmətinə bildirilib ki, ilkin instansiya məhkəməsinin hər iki qərarından şikayət verilib.

Kocharian 2008-ci ilin aprelində başa çatmış onillik hakimiyyətinin son həftələrində konstitusiya quruluşunu devirməyə görə mühakimə olunurdu.

Mayın 8-də Yerevanda məhkəmə onu azadlığa buraxıb. Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionun de-fakto liderləri ona zamin durublar.

İki gün sonra məhkəmə cinayət təqibini təxirə saldığını, işi Konstitusiya Məhkəməsinə göndərdiyini bildirdi.

Nikol Pashinian
Nikol Pashinian

Bu qərardan sonra Baş nazir Nikol Pashinian ölkə ədliyyəsində radikal islahata çağırdı. O, məhkəmələrin çoxunun legitimliyini itirdiyini, bir çox hakimlərin keçmiş hakimiyyətə sadiq olduğunu deyib.

Kocharian orduya müxalifət tərəfdarlarına qarşı gücdən istifadə əmri verməkdə ittiham olunur. O zaman müxalifət 2008-ci ilin fevralında keçirilmiş prezident seçkisinin nəticəsinə etiraz edirdi.

Keçmiş prezident ittihamları siyasi motivli adlandırır.

2008-ci il martın 1-də başlanmış etirazlarda səkkiz etirazçı, iki polis əməkdaşı öldürülüb.

Kocharian 1998-2008-ci illərdə prezidentlikdən öncə separatçı Dağlıq Qarabağ regionunun lideri olub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb, iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə hər iki tərəfdən tələfatlar olub. 1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG