Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Məktəb qızlardan daha yüksək bal tələb edir


Arxiv fotosu

Rusiyanın Perm şəhərində valideynlər bir orta məktəbin oğlanlar üçün qəbul qaydalarını yüngülləşdirməsinə, qızlar üçünsə daha yüksək tələblər qoymasına etiraz edirlər.

Perm regionunun uşaq ombudsmanı Svetlana Denisova da bu qərarla bağlı narahatlığını bildirib, bunu “gender ayrıseçkiliyi” adlandırıb. O, valideynlərə regional prokurorluğa şikayət etməyi məsləhət görüb.

Valideynlər şikayətlərini mayın 22-də Permdəki 59.ru onlayn xəbər portalı vasitəsilə çatdırıblar.

Qərarın səbəbi...

Onlar deyir ki, 4 saylı gimnaziyanın birinci sinfinə qəbul olunmaq istəyən altı yaşlı qızlardan 69,1, oğlanlardan isə 65,7 bal toplamaq tələb olunur.

Denisova mayın 22-də Təhsil Departamentindən bunun izahını istəyib.

59.ru saytı məktəb direktoru Tatyana Dyakova-ya istinadla yazır ki, qərar qızların “oğlanlardan daha yaxşı oxuması”, ancaq “oğlanların sonradan lider kimi ölkəni idarə etməsi” ilə bağlıdır.

Dyakova bu yanaşmanın məktəbdə gender balansına da kömək etdiyini vurğulayıb. Belə ki, bu il məktəbə 92 qız, 67 oğlan sənəd verib.

Permin Təhsil Departamenti 4 saylı gimnaziyanı Permin ən yaxşı orta məktəblərindən biri adlandırır.

2018-ci ildə bu məktəbin adı bir qalmaqalda hallanmışdı. Müəllimlər Zina Agisheva adlı yeniyetməni saçını çəhrayı rənglədiyi üçün dərsə buraxmamışdılar.

Oktyabrda Perm məhkəməsi məktəbin Agisheva-nın hüquqlarını pozması barədə qərar çıxardı. Məktəb 50 min rubl (780 dollar), direktor Dyakova isə 30 min dollar (465 dollar) cərimələndi.

XS
SM
MD
LG