Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:32

Huawei öz əməliyyat sistemini bu il ‘buraxa bilər’


Huawei smartfonunda Android sisteminin loqosu
Huawei smartfonunda Android sisteminin loqosu

Çinin Huawei telekommunikasiya nəhəngi bildirir ki, bu payızadək Çindəki smartfonlar və laptoplar üçün özünün əməliyyat sistemini buraxa bilər. Məlumat mayın 23-də yayılıb.

Sistemin beynəlxalq versiyası isə 2020-ci ilin birinci, yaxud ikinci rübündə hazır ola bilər, Huawei istehlakçı biznesi üzrə rəhbəri Richard Yu ABŞ-ın CNBC televiziyasına deyib.

Birləşmiş Ştatlar ötən həftə Huawei Technologies şirkətini qara siyahıya salıb, ABŞ şirkətlərinin onunla iş görməsini yasaqlayıb. Sonradan qadağalar nisbətən yüngülləşdirilib. Vaşinqton Huawei-ni milli təhlükəsizliyə zidd fəaliyyətdə suçlayır, Huawei inkar edir.

Richard Yu
Richard Yu

“Bunu etmək istəmirik”

Bu həftə isə Google qərar verib ki, Huawei cihazlarının Android əməliyyat sisteminə çıxışını qismən kəssin.

“Bu gün Huawei Microsoft Windows və Google Android sistemlərinə sadiqdir. Ancaq onlardan istifadə edə bilməsək, Huawei öz əməliyyat sistemini istifadə etməklə bağlı B planı hazırlayacaq”, – rəsmi deyib.

Çinin dövlətə məxsus “The Global Times” qəzeti bu həftə yazıb ki, “HongMeng” adlı platforma sınaqdan çıxarılır və tədricən Android sistemini əvəzləyəcək.

“Bunu etmək istəmirik, ancaq ABŞ hökuməti bizi buna vadar edəcək. Məncə, belə bir məsələ təkcə bizim üçün deyil, dəstəklədiyimiz ABŞ şirkətləri üçün də pis xəbərdir. Bunu etmək istəmirik, amma başqa həll yolumuz, seçimimiz yoxdur”, – Yu vurğulayıb.

ABŞ Ticarət Departamenti Huawei və 68 filialını qara siyahıya salsa da, bazar ertəsindən 90 günlük möhlət verib, yəni bəzi xidmətlər davam edəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG